Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq? - VİDEO

Tarix: 20-07-2021 09:44     Baxış: 3113 A- / A+
Bu şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq? - VİDEO

Mütəmadi olaraq narkotikdən istifadə edib sükan arxasına əyləşən sürücülərlə bağlı xəbərlər veririk. Hətta reyd zamanı da xeyli sürücü etiraf edir ki, spirtli içki yox, narkotik maddə qəbul edib. Qanunvericilikdə avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərlə, sərxoş halda idarə edənlərə tətbiq olunan cərimə eynidir. Ekspertlər bu məsələyə yenidən baxılmasını təklif edirlər.

Narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərin bu əməli sanki adi bir hal alıb. Son vaxtlar tez-tez rast gəlinən belə hallar sözün əsl mənasında həyacan təbili çalır.

Təkcə ötən gün Bakı-Şamaxı yolunda yol polisi narkotik və psixotrop maddənin təsiri altında bir neçə belə sürücünü aşkar edib..

Qeyd edək ki, avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimə, sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimə ilə eynidir. İnzibati Xətalar Məcəlləsinə görə, belə sürücülər 400 manat və beş cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırılırlar. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, alkoqollu içkilərdən istifadə edərək avtomobil idarə edən sürücülərlə narkotik maddələrdən istifadə edən sürücülərə tətbiq edilən cəzalar fərqli olmalıdır.

Xatırladaq ki, spirtli içki ilə müqayisədə narkotik maddə qəbul edən şəxs onun aludəçisinə çevrilir. Yəni bu o deməkdir ki, onu hər gün qəbul edir. Bu isə yol hərəkət iştrakçıları üçün potensial təhlükədən xəbər verir.

Ekspert hesab edir ki,belə halların qarşısı almaq üçün inzibati xətalar məcəlləsinə mütləq qaydada dəyişiklik olunmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar