Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Ülvi Quliyev şəhid və qazi ailələrinə iylənmiş ət paylayıb? - İDDİA /VİDEO

Tarix: 19-07-2021 20:02     Baxış: 4297 A- / A+
Deputat Ülvi Quliyev şəhid və qazi ailələrinə iylənmiş ət paylayıb? - İDDİA

Sosial şəbəkədə 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilmiş Ülvi Quliyevin Şəhid ailələrinə və Qarabağ qazilərinə Qurban bayramı sovqatı adı ilə tullantı ət göndərdiyi barədə iddia irəli sürülüb.

Manevr.az xəbər verir ki, Gələcək Azərbaycan Partiyasının(GAP) sədri Ağasif Şakiroğlu məlumatın mənbəyinin Qarabağ qazisi, Gələcək Azərbaycan Partiyasının funksioneri Namir Hasanli olduğunu bildirir. İrəli sürülən iddiada deyilir:

"Yasamal rayonunda Ülvi Quliyev adlı bir millət vəkili var. Şəhid ailələrinə və Qarabağ qazilərinə Qurban bayramı münasibətilə qurbanlıq sovqat göndərib. Bu məlumatı aldıqda ilk əvvəl düşündüm ki, millət vəkili bizləri təccübləndirmək istəyib. Amma məlumatı dəqiqləşdirdikdə görünən o oldu ki, bizləri təccübləndirməyi bacarmayıb. Ənənəyə uyğun olaraq yənə də tullantı ətləri şəhid ailələrinə, Qarabağ qazilərinə yollamaqla öz xislətlərinə sadiqlik nümayiş etdirib cənab millət vəkili…
Oğluna Londonda 5 mənzil almış bu millət vəkili görəsən heç az da olsa utanırmı? Vicdan əzabı çəkirmi?
Axı bu millətin pullarını Londona daşıyıb, bu xalqın zəhmətkeş, canını vətən üçün fəda etmiş ailələrinə bu tip tullantı “bayram payı” göndərməklə əcaba Ülvi Quliyev nə demək istəyir?
Görəsən özü bu əti yeyərmi? Yeyərsə mən bişirməyi öz üzərimə götürürəm, gəlsin bütün media nümayəndələrinin gözü qarşısında yesin!
Yeyərmi? Əlbətdə ki, yox!
Elə isə özünə rəva bilmədiyini bu ölkənin qaymaqlarına qarşı necə rəva bilmək olar ay Ülvi Quliyev? Bu iylənmiş “bayram payını” göndərməsəydin daha abırlı iş etmiş olardın bəlkə də… Sadəcə ayıb olsun!
Vətən oğulları can qoyanda, şəhid, qazi olanda 18 yaşlı oğlun Orxan Quliyev Londonda bina alıb satırdı! Bu əti şəhid və qazi ailələrinə göndərəndə heçmi utanmadın?", - deyə Ağasif Şakiroğlu vurğulayır!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar