Xəbər lenti
“Qiymət artımı əhalinin aldığı maaşı, pensiyanı məhv edir” – Vahid Əhmədov
Dövlət Statistika Komitəsi (DSK) bu ilin 6 ayında ölkədə inflyasiyanın cəmi 4,3 faiz olduğu barədə məlumat yayıb. DSK ərzaq mallarının 4,9 faiz bahalaşdığını da qeyd edib.
Bu il yanacaq və kommunal qiymətlərin artdığını nəzərə alsaq, bu rəqəmlər reallıqla nə dərəcədə üst-üstə düşür?
Milli Məclisin üzvü Vahid Əhmədov Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatlarla bağlı həmişə fikir ayrılığı olduğunu vurğulayaraq bildirib ki, qurum inflyasiyanın aşağı olduğunu göstərsə də, reallıqda fərqli mənzərədir. Onun fikrincə, Komitənin hesablamalarında səbətə nələrin daxil edildiyinə diqqət yetirmək lazımdır: “Səbətə daxil edilən məhsulların miqdarından çox şey asılıdır”.
Bununla belə Vahid Əhmədov DSK-nin məlumatlarının həqiqəti əks etdirmədiyi qənaətindədir: “Çünki Azərbaycanda qiymət artımı kifayət qədər böyükdür. İnflyasiyaya gəldikdə, 9 və 9.5 faiz inflyasiya var. Qiymətlərin artması real idi, çünki məhsulların maya dəyərinə təsir göstərən yanacağın, qazın və suyun qiyməti artıb”.
Vahid Əhmədov deyir ki, hökumət indiki vəziyyətdə qiymət siyasətinə baxmalıdır. Onun fikrincə, qiymətləri reallığa uyğunlaşdırmaq üçün addımlar atmalıdır. Hərçənd deputat hesab edir ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti yaxşı işləyir, monitorinqlər aparır və süni qiymət artıranları cərimələyir: “Amma hökumət də bu işlə məşğul olmalıdır. Azərbaycanda əsas problemlərdən biri qiymətlərin subyektiv şəkildə artırılmasıdır. Obyektiv qiymət artımı anlaşılandır, çünki maya dəyərinə təsir göstərir. Bəzi sahibkarlar isə bundan istifadə edib süni şəkildə qiymətləri artırırlar ki, bu, subyektiv qiymət artımıdır. Təəssüf ki, son vaxtlar qiymət artımı sürətlə gedir, faktiki olaraq, əhalinin aldığı maaşı, müavinəti, pensiyanı məhv edir”./azadliq.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar