Xəbər lenti
30 yaşlı kişi ilə evləndirilən 16 yaşlı qız ailəsinə qaytarıldı - VİDEO
Bir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində yaşayan 16 yaşlı qızın Bakının Maştağa qəsəbəsində yaşayan şəxsə ərə verilməsiylə bağlı görüntülər yayılmış və fakt təsdiqini tapmışdı.
Manevr.az xəbər verir ki, 30 yaşlı kişi ilə evləndirilən qız həmin şəxsdən alınaraq ailəsinə təhvil verilib.
Qızın anası Xuraman Həbilayeva deyir ki, bu əslində toy yox sadəcə nişan olub. Oğlan evi ilə aralarında anlaşıblar. Oğlanın valideynləri qızı indidən aparıblar ki, toyu sonradan eləsinlər.
Qız orta məktəbin 9-cu sinifini bitirib. Müəllimlər deyir ki, valideynlərin razılığı əsasında uşaq orta təhsilini davam etdirə bilər.
Yaşanan hadisənin bu səviyyəyə çatmasını ağlına belə gətirməyən ana Xuraman Həbilayeva qızını 2 ildən sonra ərə verəcəyini bildirir.
Yeniyetməyə qarşı hər hansı təyziqlərin olub olmaması üçün müvafiq ekspertizalar təyin olunub. Polis əməkdaşları da məsələni ətraflı araşdırır.
Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanının nümayəndələri hər 2 tərəfdən izahatlar alıb. Onlara psixoloji, sosial və hüquqi dəstək göstərilib. Azyaşlı 18 yaşı olanadək nəzarətdə saxlanılacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar