Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hovuzda bunları etmək olmaz - XƏBƏRDARLIQ

Tarix: 16-07-2021 22:26     Baxış: 5119 A- / A+
Hovuzda bunları etmək olmaz - XƏBƏRDARLIQ

Havaların isti keçdiyi bir vaxtda sakinlərin ən çox üz tutduğu məkan çimərliklərlə yanaşı, həm də hovuzlardır.

Bəs bu məkanlarda bədbəxt hadisələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? İnsanlar nələrə diqqət etməlidir?

Manevr.az
xəbər verir ki, mövzu ilə bağlı publika.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, böyüklərlə kiçiklərin eyni hovuzda çimməsi yolverilməzdir: "Böyüklər üçün ayrı, kiçiklər üçün isə ayrı hovuz olmalıdır. Bu, ölçülərdə də fərqlənməlidir. Bəzən görürük ki, eyni hovuza həm kiçiklər, həm də böyüklər girir. 100-200 kvadratmetr sahəsi olan bir hovuza 80-100 nəfərin daxil olması, insanlar bir-birinin içində çimməsi, eyni atraksionlardan həm böyüklərin, həm də uşaqların istifadə etməsi yolverilməzdir".

Ekspert qeyd edib ki, hovuza girməmişdən öncə mütləq şəkildə duş qəbul edilməlidir: "Hovuza duş qəbul etmədən bir insanın girməsi hovuzda olan su kütləsinin 0,5 faizinin çirklənməsi deməkdir. Əgər 10 adam suya duş qəbul etmədən girərsə, bu, hovuzun xeyli hissəsinin çirklənməsi deməkdir. Gün ərzində isə hovuza onlarla insan duş qəbul etmədən girir. Hər kəs bu məsələyə xüsusi diqqət etməlidir. Bundan əlavə, suyun yoxlanması, dezinfeksiya olunması, mamır və yosunlara nəzarət, bakteriyaların aşkarlanması, temperaturun sabit saxlanması diqqətdə saxlanılmalı, ümumilikdə isə suyun çirklənməməsi üçün tələb olunan bütün qaydalara riayət olunmalıdır".

E.Nurəliyevin sözlərinə görə, hovuzlarda boğulma riski az olsa da, dənizə nisbətən insan sağlamlığı üçün daha təhlükəlidir: "Buna görə də burada suyun xarakteristikasına diqqət edilməlidir. Çünki zəhərli bakteriyalar, suda olan göbələklər, suyun təmizlənməsində istifadə olunan kimyəvi tərkibli təmizləyici maddələrin insan səhhətinə zərəri daha çoxdur. Bu səbəbdən də hovuzlarda təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, hovuzu işlədən şəxslər vaxtaşırı mütləq hovuza qulluğun göstərilməsini təmin etməlidir. İnsan orqanizminə mənfi təsir edən amillər dərhal aradan qaldırılmalıdır. Hovuz suyu mütəmadi olaraq qulluq tələb edir. Suyun filtrasiyası, dezinfeksiya olunması, bakteriya və mikroblara qarşı dərmanlanma hovuzlarda riayət olunması vacib olan təhlükəsizlik qaydalarıdır ki, insanların səhhəti üçün risk olmasın".

Ekspert hesab edir ki, valideynlər övladlarını nəzarətsiz qoymamalıdır: "Fərqli yaş qrupundan olanların eyni hovuza girməsi təhlükəsizlik baxımından yolverilməzdir. Buna görə mütləqdir ki, hovuzlarda xilasedicilər olsun və bu proseslərə nəzarət etsin. Əgər valideyn uşağı tək qoyursa, ona xəbərdarlıq edilməlidir".

Ekspert vurğulayıb ki, hovuzların kənarında şüşə qabda spirtli içkilər verirlər ki, bu da yolverilməzdir: "Ümumiyyətlə, təhlükəsizlik baxımından şüşə butulkalardan hovuzlarda istifadə etmək olmaz. Bu cür amillərə hovuzu işlədən şəxslər, şirkətlər, əgər hotelin nəzarətindədirsə, onlar buna nəzarət etməlidir.

Hovuzda əsas nəzarət olunmalı məsələlərdən biri də nasosxana və sutəmizləyici qurğuların işlək, saz vəziyyətdə olmasıdır. Bu məsələ də nəzarətdə saxlanmalıdır ki, ani diqqətsizlik olmasın. Nasazlıq yaranarsa, insanların həyatına təhlükə riskinin olmaması üçün dərhal qabaqlayıcı addımlar atılmalıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar