Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni məktəbli geyimləri - Qiymətlər açıqlandı

Tarix: 16-07-2021 17:14     Baxış: 3131 A- / A+
Yeni məktəbli geyimləri - Qiymətlər açıqlandı

2021-2022-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Layihə təsdiqləndikdən sonra məktəblilərin geyim formaları yeni tədris ilindən dəyişdiriləcək. Təhsil Nazirliyinin Mətbuat xidməti tərəfindən verilən açıqlamada belə qeyd olunub. Nazirliyin bildirdiyinə görə geyim təsvirləri ötən ilin əvvəlində ictimai müzakirəyə çıxarılanda valideynlər də fikir və təkliflərini bildiriblər. Təsvirlərin kifayət qədər sadə, lakin funksional olmasına diqqət yetirilib. Məktəbli formalarının qiyməti də seçilmiş materialdan və geyimin modelindən asılı olacaq.

Qeyd edək ki, məktəbli geyimlərinin təsvirlərinin dəyişdirilməsi ilə bağlı layihə 2 ildir ki, hazırlanıb. Amma tətbiqi təsdiqlənməyib.

Manevr.az xəbər verir ki, bu barədə bizim.media-ya danışan "Bakı Tikiş Evi"nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov yeni məktəbli geyimlərinin istehsalının iki aya çatdırılmasının mümkünsüz olduğunu deyib:
"Dərs açılmağa 2 aydan az vaxt qalıb. Təsdiq olunmayan yeni təsvirli formaları kim istehsal edib çatdıra bilər? Hazırda köhnə məktəbli geyimləri ilə bağlı istehsalımız davam edir. Ehtiyatda xeyli sayda formalarımız var, ehtiyac yarandıqca yenə tikəcəyik. Parçamız və bütün materillarımız var. Amma yeni formaların tətbiqi və tikilməsi barədə təlimat almamışıq".

Məktəbli formalarının qiymətlərinə gəlincə, E.Əzimov hər hansı dəyişiklik olmadığını söyləyib:
"2017-ci ildən bəri formaların qiymətlərdə hansısa dəyişiklik edilməyib. İbtidai siniflər üçün məktəbli formalarının qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manat təşkil edir. Təhsil Nazirliyi məktəbli formasının yeni nümunəsini təsdiq etmədiyi üçün bu il də əvvəlki məktəbli formasının nümunələri tikilir".

Məktəbli geyimlərinin satışının təhsil müəsssələrində təşkili ilə bağlı məsələyə toxunan Etibar Əzimovun sözlərinə görə formaları Bakı Tikiş Evinin satış mərkəzlərindən almaq olar:

"Məktəblərə forma vermirik. Onların işi şagirdlərə təhsil və tərbiyə verməkdir, forma satmaq deyil", deyə Tikiş Evinin rəsmisi əlavə edib.

Xatırladaq ki, layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən, oğlanlar üçün isə yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar