Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Talıbovun işdən çıxardığı nazirdən kobud açıqlama: "Yatmağım sizə maraqlıdır?"

Tarix: 15-07-2021 22:02     Baxış: 3224 A- / A+
Talıbovun işdən çıxardığı nazirdən kobud açıqlama: "Yatmağım sizə maraqlıdır?"

Naxçıvan Respublikası Ali Məclisinin beşinci sessiyasında V.Talıbov Gənclər və İdman Nazirliyinin fəaliyyəti ilə bağlı tapşırıqlar verərkən nazir yuxuya gedib. Xəbər verdiyimiz kimi Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə vəzifəsindən azad olunub. Azad Cabbarovun vəzifəsindən azad olunmasına səbəb onun Naxçıvan MR Ali Məclisinin beşinci sessiyasında Vasif Talıbovun Gənclər və İdman Nazirliyinin fəaliyyəti ilə bağlı tapşırıqlar verərkən yuxuya getməsi göstərilir.

Manevr.az xəbər verir ki, bu qalmaqallı iddia ilə bağlı manset.az-a açıqlama verən Azad Cabbarov bunları deyib:

“Yatmağım sizə maraqlıdır? Sizə nə maraqlıdır. Sizə heç nə maraqlı olmasın. Yaxşı olar ki, özünüzə aid işlə məşğul olun”.

Daha sonra jurnalist “biz özümüzə aid işlə məşğuluq və bu əsasla sizə sual veririk” cavabından sonra Azad Cabbarov belə danışıb.

“Ali Məclisin sədri sərəncam verib, məni işdən azad edib. Biz də bu sərəncamı dəstəkləyirik. Sədrin qərarları bizim üçün qəbuldur. Başqa problem yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar