Xəbər lenti
Xalq artistinin ölümündə qardaşı qızı ittiham olunur - 300 mini ələ keçirmək istəyib - Aktrisadan İDDİA
Tanınmış aktrisa Məlahət Abbasova Xalq artisti Səfurə İbrahimovanın ölümündə onun qardaşı qızı Könül İbrahimovanı ittiham edib.
Manevr.az xəbər verir ki, “qafqazinfo”ya müraciət edən M.Abbasova iddia edib ki, K.İbrahimovanın xalq artistinin bankda olan 300 min manatını ələ keçirmək niyyəti olub.
O bildirib ki, qardaşı qızı Könül Səfurə İbrahimovanın yanında ona baxmaq üçün qalsa da, məqsədi başqa olub:
“Guya onun yanında qalıb işlərində kömək edəcəkdi. Amma elə vəziyyət yaratdı ki, Səfurə xanım vəfat etdi. Səfurə xanım yıxılıb əzilmişdi və onu həkimə aparmırdı. Deyirdi ki, özü getmək istəmir, həm pul yoxdur. Səfurə xanımın bankda 300 min manat pulu var idi. Bir dəfə notariusda deputat Qənirə Paşayevanın köməkliyi ilə 1000 manat çıxartdıq. Dedi ki, həmin pulla onu həkimə aparacağam. Amma yenə də etmədi və pulları özünə xərclədi. Xalq artistimizə baxmaq üçün həkim gətirmişdi və deyirdi ki, həmin həkim rentgen üçün 20 min manat istəyib. Mən də dedim ki, 20 min manat hansı rentgenə verirlər ki? Cavab vermədi. Sonra guya dedi ki, mən 20 manat demişəm, sən 20 min eşitmisən. Təsəvvür edin ki, onun yanına getməyə heç kəsi qoymurdu. Hamıya deyirdi koronavirus var, bura gəlməyin. Bir dəfə Dram teatrının bədii rəhbəri Elnur Məmmədov bilmədən gedib və görüb ki, Səfurə xanım pis vəziyyətdədir. Könülə deyib ki, niyə bunu xəstəxanaya aparmırsan? Baxıb ki, beli də yaradır. Könül bilə-bilə onu yataq xəstəsi edib ki, ölsün. Sonra notariusdan adamlar gəlmişdi ki, pulların varisin müəyyənləşdirsinlər. Səfurə xanımın vəziyyətini görüb dedilər ki, belə sənəd imzalatdıra bilmərik”.
M.Abbasova bildirib ki, sonradan Könül İbrahimova və qonşusu başqa bir şəxs taparaq həmin sənədi imzalatdırıblar:
“Başa düşmədik ki, bu necə baş verdi. Könül də deyir ki, bir gözü açıq idi və özü dedi ki, gətir onu imzalayım. Həm də Səfurə xanım var-dövlətini ona verə bilməz. Çünki qardaşı və bacısı var. Lakin nə qardaşının, nə də bacısının bu məsələdən xəbəri var. Onun evi də Könülə qalacaq. Səfurə xanımın ölüm səbəbi haqqında da məlumatımız yoxdur. O, dəfələrlə mənə deyirdi ki, gəl məni xəstəxanaya apar. Səfurə xanımın psixi problemləri var idi və bunu bütün Azərbaycan bilirdi. O, həmişə tək yaşayıb. Könül isə çıxıb efirdə deyirdi ki, bibimə mən baxmışam. Amma bibisi onu yıxılmazdan 4 ay əvvəl evindən qovmuşdu. Məsələ də o idi ki, pul istəyirdi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Səfurə xanımın evinin qapısını qırıb içəri girəndə o, 2-3 gün idi evdə yıxılıb qalmışdı. Bütün bunları mən bilirəm. Hər hansı sənədi imzalamaq üçün bir insanın sağlamlığı yerində olmalıdır. Amma Səfurə xanımın 20 ildir ki, psixi xəstəliyi var idi. Hansı həkim ona sağlamlıq arayışı verib ki, o, sənədə qol çəkib? Xalq artistimiz həmişə deyirdi ki, mən öləndən sonra bütün pullarım “YAŞAT” fonduna köçürülsün, dövlətimə qalsın. Mən də indi istəyirəm ki, həmin pullar onun dediyi kimi xərclənsin və Səfurə xanımın ölüm səbəbi araşdırılıb ortaya çıxarılsın”.
Səfurə İbrahimovanın qardaşı qızı Könül İbrahimova “qafqazinfo”ya açıqlamasında bildirib ki, Məlahət Abbasovanın iddiaları yalandır:
“Bibim rəhmətə gedəndə evdə olmamışam. FHN-dən zəng edib dedilər ki, bibiniz ölüb. Məlahət Abbasovanın dediyi 20 min manatı heç kim istəməyib. 1000 manat onun müalicəsi üçün ayrılıb. Onu həkimə də aparmışam, müalicə də etdirmişəm. Deyilənlər hamısı böhtandır. Polisə versinlər və araşdırılsın”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar