Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

300 nəfərlik toy edən restoranla bağlı cinayət işi başlandı

Tarix: 15-07-2021 10:55     Baxış: 4218 A- / A+
300 nəfərlik toy edən restoranla bağlı cinayət işi başlandı

Gəncədə fəaliyyət göstərən "Şah Sarayı” şadlıq sarayı ilə bağlı cinayət işi başlanılıb.


Manevr.az-ın məlumatına görə, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "qafqazinfo”ya açıqlamasında bildirib ki, şadlıq sarayında inzibatçı (adminstrator) işləyən şəhər sakini Mübariz Mirzəyev barəsində cinayət işi başlanılıb: "Gəncə şəhər Baş Polis İdarəsinin digər tabe qurumları kimi Nizami rayon Polis İdarəsinin əməkdaşları da karantin şərtlərinə riayyət edilməsinə nəzarət məqsədi ilə mütamadi olaraq profilaktiki tədbirlər həyata keçirir.

Keçirilən sonuncu reyd zamanı şəhər arazisində fəaliyyət göstərən "Şah Sarayı” şadlıq sarayında Operativ Qərargah tərəfindən müəyyən edilən 150 nəfərlik say normasından 2 dəfə çox, 300 nəfər qonaq olması müəyyən edilib.

Dərhal polis əməkdaşları qanuna müvafiq tədbir görüb, inzibatçı barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar