Xəbər lenti
Türkiyədə 1 manatlıq alışqanı 2 minə satan azərbancanlılar kimdir? - ŞƏKİL
Türkiyənin İstanbul şəhərində polis özlərini Azərbaycan vətəndaşı kimi təqdim edən şəxsləri saxlayıb.
Manevr.az xəbər verir ki, sözügedən şəxslər müxtəlif vətəndaşlara dəyəri 1.3 manata hesablanan alışqanı "qızıl alışqan" adı ilə 2176 manata (11 min lirə) satıblar. Şübhəlilərin eyni cinayətə görə, cinayət təqibi olduğu ortaya çıxıb.
İddialara görə, dələduzlar adı açıqlanmayan bir şəxsə yaxınlaşaraq özlərini Azərbaycan vətəndaşı kimi təqdim ediblər. Onlar həmin vətəndaşa guya "qızıl"dan hazırlanmış alışqanı 11 min liraya satıblar.
Adı açıqlanmayan şikayətçi alışqanı zərgərdə yoxlatdırdıqdan sonra dələduzluğun qurbanı olduğunu anlayıb və bu barədə polisə məlumat verib.
Polisin dərhal şəhərin Qaziosmanpaşa və Sultanqazi bölgələrində keçirdiyi əməliyyatda S.A. və M.Ş.C. saxlanılıb.
Onların üzərində qızıl rəngində olan 28 alışqan, saxtakarlıqla əldə etdikləri 600 min lirə, ov tüfəngi və bu silaha aid 8 patron ələ keçirilib.
Polis onların ifadəsin aldıqdan sonra məhkəməyə aparıb. Məhkəmə isə "məhkəmə nəzarəti" müddəalarına riayət edilmə maddəsi ilə S.A. və M.Ş.C.-nı sərbəst buraxıb.
Hüquq-mühafizə orqanları isə dələduzların kimlikləri barədə də ictimaiyyətə məlumat verməyib.(qaynarinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar