Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Selçuk Bayraktar Türkiyədəki qazilərimizi ziyarət edib - ŞƏKİL

Tarix: 14-07-2021 12:17     Baxış: 3128 A- / A+
Selçuk Bayraktar Türkiyədəki qazilərimizi ziyarət edib - ŞƏKİL

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.


ASAN Xidmətdən verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Salmanov və Türkiyənin "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar "YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən qazilərimizi ziyarət ediblər.

Söhbət zamanı xəstəxana rəhbərliyi və professor həkim heyəti ilə qazilərimizin mövcud durumu ətraflı müzakirə olunub. Vurğulanıb ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün qəhrəman döyüşçülərimizə minnətdarıq və "YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Qazilərimiz belə bir səfərin gerçəkləşdirildiyi üçün həm Dövlət Agentliyinə, həm də Selçuk Bayraktara öz minnətdarlıqlarını bildiriblər. Qazilərimizə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, həkimlərin rəyi nəzərə alınaraq 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Manevr.az


Selçuk Bayraktar Türkiyədəki qazilərimizi ziyarət edib - ŞƏKİL
Selçuk Bayraktar Türkiyədəki qazilərimizi ziyarət edib - ŞƏKİL
Selçuk Bayraktar Türkiyədəki qazilərimizi ziyarət edib - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar