Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıya 320 yeni avtobus gətiriləcək

Tarix: 13-07-2021 20:27     Baxış: 4146 A- / A+
Bakıya 320 yeni avtobus gətiriləcək

Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.


Onun sözlərinə görə, 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar da Türkiyənin "BMC Otomativ Sənaye Ticarət” şirkətinin istehsalıdır:

"Avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Türkiyə Respublikasının "BMC Otomativ Sənaye Ticarət” şirkətinin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb.

Görüşdə avtobusların texniki parametrləri, çatdırılma prosesi və digər vacib məsələlər müzakirə edilib. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq. Çatdırılma prosesinə isə qarşıdakı aylarda start veriləcək və mərhələli qaydada icra ediləcək”.

BNA rəsmisi qeyd edib ki, son 5 ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara buraxılıb:

"Onların da 415 ədədi BMC şirkətinin istehsalıdır. Yeni avtobusların alınması ilə bu rəqəm 735-ə yüksələcək. Qeyd olunanları nəzərə alaraq gələcəkdə BMC markalı avtobusların ehtiyyat hissələrinin ölkəmizdə istehsalının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra istehsal müəssisəsində yeni avtobuslara sınaq baxışı keçirilib. Avtobusların texniki göstəriciləri və digər parametrlərlə bağlı ətraflı məlumat verilib”.

Mətbuat katibi deyib ki, 9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri göstərməyə və ətraf qəsəbələrin ictimai nəqliyyata əlçatanlığının artırılmasına imkan verəcək:

"Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz və dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün əlçatandır. Yeni avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Bu da öz növbəsində dövlət başçısının ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması ilə bağlı həyata keçirdiyi siyasətə uyğundur.

Bakı şəhərində avtobus parkının yenilənməsi nəticəsində hazırda gündəlik orta hesabla 630 mindən çox sərnişin rahat daşınır. Sərnişindaşımalara yatırılan sərmayə və düzgün yanaşma sayəsində həmçinin ötən beş ildə paytaxtımızda keçirilən mötəbər beynəlxalq tədbirlərin nəqliyyat əməliyyatlarının uğurlu icrası, elektrik kəsintisi və digər fövqəladə hallar, eləcə də davam etməkdə olan pandemiya zamanı ictimai nəqliyyatın dayanaqlılığı tam təmin olunub”,-deyə Mais Ağayev bildirib.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar