Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçında ovlanan cüyürün sədası Bakıya qədər gəldi

Tarix: 13-07-2021 10:22     Baxış: 4149 A- / A+
Laçında ovlanan cüyürün sədası Bakıya qədər gəldi

Sosial şəbəkələrdə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı görüntülər yayılıb.

Görüntülərdə iki şəxs Azərbaycanda nadir heyvanlardan olan cüyürü yemək üçün hazırladıqları görünür. Baş verənlərə sosial şəbəkə istifadəçilərinin reaksiyası isə birmənalı olub: Hamı bu hərəkəti qınayıb. Sonradan həmin şəxslər öz hərəkətlərinə haqq qazandırmaq üçün cüyürü sadəcə, çaydan yaralı halda tapdıqlarını desələr də, etirazlar azalmayıb. Qeyd edək ki, bu heyvanın ovlanması Azərbaycanda qanunla qadağandır.

Manevr.az xəbər verir ki, Laçın rayonu ərazisində, Şamkənddə cüyür yeyib içən Vüqar və Aqil adlı şəxslərin kimliyi də bəlli olub. Onlar Laçın rayonu ərazisində arıçılıq təsərrüfatı yerləşdirməyə icazə almış şəxslərdir.

Sol tərəfdəki şəxs Laçın rayon sakini Xurşudov Aqil Qasım oğludur. Laçın rayon İcra hakimiyyətinin dərc etdiyi siyahıya görə o 2019-2020-cu tədris ili üçün Oğuz rayonu Kərimli tam orta məktəbinin direktoru olub. Sosial şəbəkələrdəki paylaşımdan sonra Vüqar cüyürü özlərinin ovlamadığını da bəyan edib. Sən demə, bu adamlar - Aqil və Vüqar müəllimlərin qanunauyğun olaraq məşğul olduqları arıçılıq təsərrüfatlarını Laçına köçürmələrinə icazə verilib.

Onlar bu icazə əsasında Laçına gediblər və təsərrüfatı orada yerləşdirdikdən sonra geri qayıdarkən güclü yağışa düşüblər. Bu zaman avtomobillə hərəkət etmək mümkünsüz olduğu üçün çayı piyada keçərkən selin gətirdiyi və daşlara dəyərək hər iki ayağı sınan cüyür görüblər. Bundan sonra cüyürü kəsərək bişiriblər.
Laçında ovlanan cüyürün sədası Bakıya qədər gəldi

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib. Cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir. ETSN-dən Bizimyol.info-ya bildirildi ki, videogörüntülərlə bağlı araşdırma aparılır və nazirlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Cüyür kəsən şəxslərlə bağlı sosial şəbəkələrdə münasibət birmənalı olmayıb. İnsanlar təbiətin nadir göazəlliklərini qorumağa, hifz etməyə çağırıblar. Suda köməksiz qalmış heyvana yardım etmək əvəzinə onu kəsməyi vəhşilik adlandırıblar./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar