Xəbər lenti
Blogerə 11 ildən sonra Azərbaycana gəlməyə icazə verildi - Prezidentə təşəkkür etdi
"11 ildən sonra artıq doğma vətəndəyəm!”.
Bunu uzun illərdir Fransada mühacir həyatı yaşayan azərbaycanlı fəal, jurnalist-bloger Elnur Məcidli bildirib.
"Etdiyim müraciəti qarşılıqsız qoymayan və müsbət rəy bildirən ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla, mənim Azərbaycana gəlmə prosesində vasitəçilik və kömək edən hər bir dosta, bu işlə məşğul olan, vəzifəsindən asılı olmayaraq hər bir dövlət məmuruna və bu işdə rol alan kəsə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm!”.
Əslən Cəbrayıl rayonundan olan E.Məcidli bildirib ki, Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdi.
"Xaricdə yaşayan hər bir azərbaycanlı öz içində bir Azərbaycan daşıyır. Bu gün içimizdə daşıdığımız Azərbaycan sevgisinin səmaya yüksəldiyi, həsrətin bitdiyi gündür. Parçası olduğumuz torpağın üstündə gəzmək, torpaqlarını işğaldan azad etmiş müzəffər bir vətənə qayıtmaq ayrı bir xoşbəxtlikdir. Qısamüddətli gəldiyim üçün hər kəslə görüşmək çətin olacaq, görüşə bilmədiklərim və bilməyəcəklərim indidən üzrlü hesab etsinlər. Allah öz vətəninin həsrətində olan hər bir insana yol açsın”.
Qeyd edək ki, E.Məcidli 2011-ci ildə sosial şəbəkələrdə "11 mart - Böyük Xalq Günü" və "2 Aprel - Böyük Qəzəb Günü" aksiyalarının təşkilatçısı qismində tanınaraq, barəsində cinayət işi başlanmış və beynəlxalq axtarışa verilmişdi.
Sonradan Baş Prokurorluq məlumat yayaraq, təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının dayandırıldığını bəyan edib./modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar