Xəbər lenti
Pandemiya nə zaman bitəcək? - VİDEO
NYGMA Yutub kanalı hər kəsin cavabını maraqla gözlədiyi bir suala cavab axtarıb: Pandemiya nə zaman və necə bitəcək?
Manevr.az xəbər verir ki, kanalda dünyanın bu günə qədər üzləşdiyi mövcud pandemiyadan daha dəhşətli pandemiyaların necə başlayıb-bitməsi haqda məlumat verilib.
“Pandemiya adətən başladığı konkret nöqtədən etibarən qarşısı vaxtında alınmadığı təqdirdə böyüməyə davam edir. Sosiallaşmağı sevən insanlıq pandemiyanın sürətlə yayılmasına qeyri-ixtiyarı yardım etmiş olur. İnsanlar nə qədər çox sosiallaşarsa, virusun genişlənmə arealı və təbii olaraq həyatını itirən insaların sayı da bir o qədər çox olur. Bu ölümlər virusun özündən, insan immunitetinin çökməsindən və iflasa uğrayan səhiyyə sistemindən dolayı ola bilir”, - süjetdə bildirilib.
Bəs dünya bu günə qədər hansı pandemiyalar ilə üz-üzə qalıb və onlara necə qalib gəlib?
İddiaya görə, dünya bu günə qədər “Su çiçəyi”, “İspan qripi”, “Qara vəba” kimi dəhşətli pandemiyalarla üzləşib və hər biri də eyni sonluqla məhv olub:
“Pandemiya zamanı insanların çoxu yavaş-yavaş və gizli formada yoluxur. Bəziləri həyatını itirdiyi halda, bəziləri də yoluxaraq digər insanları yoluxdurur, bəziləri isə immunitet siteminin müqaviməti ilə həyatda qala bilir. Virus yoluxduracaq yeni bir insan tapa bilməyənə kimi proses bu ssenari üzrə davam edir. Beləcə virus tədricən yox olur. Dünya tarixində bitməyən bir pandemiya ssenarisi yoxdur. Pandemiya gec-tez bitməyə məhkumdur. Əsas məsələ bunun milyonlarca insanın həyatını itirməsi ilə, yoxsa az sayda itki ilə bitməsidir”, - kanal qeyd edib.kult.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar