Sizin Reklam Burada
Xəbər lenti
27-05-2026
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komitəsi “Məşğulluq marafonu”na qoşulub

Tarix: 09-07-2021 17:58     Baxış: 3167 A- / A+
Dövlət Komitəsi “Məşğulluq marafonu”na qoşulub


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na qoşulub.


“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Dövlət Komitəsi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya daxil ediləcək. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda Dövlət Komitəsində və onun tabeliyində olan strukturlarda 1395 məcburi köçkün, 43 şəhid ailəsi üzvü, 20 müharibə əlili və 114 müharibə veteranı daimi işlə təmin edilib.

Dövlət Komitəsi sədrinin müraciətinə bu link vasitəsilə baxa bilərsiniz: https://youtu.be/v8NqHddEqQg

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar