Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış naşirdən nəcib addım - ŞƏKİL

Tarix: 09-07-2021 10:52     Baxış: 3290 A- / A+
Tanınmış naşirdən nəcib addım - ŞƏKİL

"Doğulduğum kənddə kitabxana ləğv olunduğuna görə "Kitab qovşağı" köşkləri qoymaq qərarına gəldim".

Manevr.az xəbər verir ki, bunu "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında yazıb. Heç bir kitab atılmalı deyil deyən naşirin atdığı nəcib addımla bağlı fikrlərini təqdim edirik:

"Bir köşk qoymuşdum, hazırda işləyir, digər ikisi də artıq hazırdır.
Əgər sizdə paylaşmaq istədiyiniz kitablar varsa, aşağıdakı ünvana göndərin:
Yardımlı rayonu, Hamarkənd kəndi, "Kitab qovşağı"
Öz kitabını göndərmək istəyənlər isə mütləq avtoqraf yazsın, hətta naməlum oxucuya məktub da yazıb kitabın arasına qoya bilər.
Hər dəfə kəndə gedəndə qovşaqlara yeni kitablar aparıram. Bu kitablar satılmır, eləcə də alınmır. Sadəcə oxumaq üçündür. Bir nəfər götürüb oxuyur, sonra köşkə qoyur, başqa kitab götürür.
Buna kitab dəyişmək də deyirlər. Oxuduğumu qoyub, oxumadığımı götürürəm.
Kitab qovşaqlarını yaratmaqda məqsəd kitabxanası olmayan kəndlərimizi, məhəllələrimizi, bloklarımızı kitabla təmin etməkdir.
Son illər çox sayda kitabxanalar bağlanıb, köhnə kitablar - kiril qrafikası ilə olanlar məhv edilib. Cəmiyyətimiz kitabsız bir mühitə yuvarlanıb. Qovşaqlar mühiti dəyişəcək, kitaba marağı artıracaq.
Bəzən evində kitabı artıq görən insanlar onları da aparıb zibilliyə atır. Yaxşısı, kitab qovşaqlarına qoyun, qoy kitab öz oxucusunu tapsın.
Dünyada elə bir kitab yoxdur ki, onun ən azı üç oxucusu olmasın. Bu mənada, heç bir kitab atılmalı deyil".

Manevr.az
Tanınmış naşirdən nəcib addım - ŞƏKİL
Tanınmış naşirdən nəcib addım - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar