Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Polis toyda iştirak edənlərin hər birindən 5 manat alır? - Bələdiyyə üzvü idarəyə aparıldı

Tarix: 09-07-2021 09:33     Baxış: 4169 A- / A+
Polis toyda iştirak edənlərin hər birindən 5 manat alır? - Bələdiyyə üzvü idarəyə aparıldı

İctimai fəal, Astara rayonun Hamoşam kənd bələdiyyəsinin üzvü Rüfət Əliyev Facebook sosial şəbəkəsində yazdığı statusa görə Astara Rayon Polis Şöbəsinə aparıldığı deyilir.

Manevr.az xəbər verir ki, bu barədə R.Əliyev özü məlumat verib.

Fəalın sözlərinə görə, onu "toylara polisin müdaxilə etməməsi üçün 300-500 və ya hər iştirakçı üçün 5 manat istənilməsi haqqında söz-söhbət var" sözlərinə görə evdən polis şöbəsinə aparıblar. O, əlavə edib ki, ondan statusun silinməsi tələb olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Turana Rüfət Əliyevin Astara rayon Polis Şöbəsinə aparılıb-aparılmaması ilə bağlı məlumatı olmadığını bildirib.

Eyni zamanda qurumun rəsmisi qeyd edib ki, R.Əliyevin statusunda yazılmış iddialar həqiqətə uyğun deyil. "Bu mümkün deyil. Heç bir konkret fakt göstərmədən həmin status yazılıb. Əgər onu şöbəyə dəvət ediblərsə, o məqsədlə dəvət ediblər ki, görək kimlərdir toy sahiblərindən pul alan. Onda hər hansı konkret fakt varsa, buyurun bildirsin. Belə bir fakt yoxdursa, yalan danışdığına görə o, məsuliyyət daşıyır".

Zahidov qeyd edib ki, "Azərbaycan polisi Azərbaycan xalqının mənafeyini qoruyur".

İki saat sonra Əliyev sərbəst buraxılıb. “Mən statusu silməkdən imtina etdım. Buna görə də mənə xəbərdarlıq edib, sərbəst buraxdılar”, - deyə o bildirib./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar