Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Peşəkar həkim Valeh Hüseynovun olduğu yerdə kiçik nöqsanlara belə yer qalmır..."

Tarix: 08-07-2021 21:02     Baxış: 14 249 A- / A+
"Peşəkar həkim Valeh Hüseynovun olduğu yerdə kiçik nöqsanlara belə yer qalmır..."

Bir neçə gün öncə bir “saytda” özünə mətbuat nümayəndəsi deyən “yazarın”, B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzin direktoru Valeh Hüseynov haqqında böhtanla dolu yazısını gördüm. Mərkəzin fəaliyyəti haqqında yetərincə məlumatlı olduğum və həqiqətləri bildiyim üçün iftiralarla dolu olan həmin yazının müəllifinə bildiyim həqiqətlər əsasında cavab vermək məcburiyyətində qaldım. Kiçik bir xatırlatma etmək istəyirəm.

Azərbaycan Respublikasının Prezidentinin etimad göstərərək təyin etdiyi kadr haqqında yazdığınız böhtan və iftiralarla dolu yazınız həqiqəti əks etdirmir! Kor yaddaşınıza kiçik bir xatırlatma etmək niyyəti ilə aşağıdakıları sadalamaq məcburiyyətindəyəm. Valeh Hüseynov 2017 -ci ilin may ayında Respublika Talassemiya mərkəzinə direktor təyin edildikdə, o zaman Talassemiya Mərkəzinin vəziyyətinin necə olduğunu hər kəs bilirdi və görürdü. Bütün bu çatışmamazlıqların, nöqsanların aradan qaldırılması üçün Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və təklifi ilə Valeh Hüseynov Talassemiya Mərkəzinə Respublika səhiyyə naziri tərəfindən direktor təyin edildi. Bundan sonra Talassemiya Mərkəzində hansı yeniliklər olduğunu, orada müalicə alan pasientlərdən məlumat ala və şəxsən müşahidə edərək bilgilər əldə edə bilərsiniz. Yüzlərlə ağır qan xəstəsinin müalicə aldığı bir mərkəzdə o qədər çatışmamazlıqlar var idi ki, saymaqla qurtarmaz. Ən vacibi müayinə üçün verilən analizlərin dolğun şəkildə araşdırılmasını təmin edəcək laboratoriyanın olmaması, dərman preparatlarının xəstələrə nizamlı şəkildə çatdırılmaması, rüşvətə meyilli bəzi şəxslərin mərkəzin fəaliyyətini bilərəkdən əngəlləməsi sayəsində pasientlərin haqlı narazılığı və sadalamadığım bir çox problemlər acı reallıq idi. Bütün bu problemlərin həlli və Talassemiya Mərkəzinin fəaliyyətində bir dönüş nöqtəsi Valeh Hüseynovun gəlişi ilə başladı. Belə ki, Prezident İlham Əliyev cənablarının ayırdığı maliyyə vəsaitinin hesabına dünya standartlarına cavab verən elektronlaşmış laboratoriyanın qurulması işini Valeh Hüseynov uğurla həyata keçirdi. Mərkəzin işində və fəaliyyətində müsbət yöndə böyük dəyişikliklər, yeniliklər tətbiq edildi. Bütün bu yeniləşmə pasiyentlərin, Talassemiya xəstələrinin maneəsiz müayinə və müalicəsinin təşkili üçün atılan zəruri addımlar idi. Heydər Əliyev Fondunun dəstəyi və Valeh Hüseynovun bacarığı hesabına Talassemiya Mərkəzi Avropa ölkələrində fəaliyyət göstərən klinikalar ilə müqayisə ediləcək bir müalicə mərkəzinə çevrildi. Kök hüceyrələrinin nəqli respublikamızda ilk dəfə Talassemiya Mərkəzində gerçəkləşdirildi. Bütün baş verən yeniliklər və dəyişikliklər əlbəttə ki, ölkə rəhbərinin və Heydər Əliyev Fondunun diqqət mərkəzindən kənarda qala bilməzdi. Bu diqqət və qayğının nəticəsi olaraq, 23 dekabr 2019-cu ildə Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzinin birlikdə fəaliyyət göstərməsi barədə Prezident İlham Əliyevin sərəncamı oldu. İki mərkəz birləşdirildi və Valeh Hüseynov direktor təyin edildi. Qısa müddət ərzində Talassemiya Mərkəzində olduğu kimi burada da Valeh Hüseynovun peşəkar, çevik iş prinsipinin nəticəsi olaraq böyük yeniliklər və dəyişikliklər həyata keçdi. Əlbəttə, ilk öncə peşəkar kadrların mərkəzə cəlb edilməsi Qan Bankının şəffaf fəaliyyətinin təmin edilməsi və burada da dünya standartlarına cavab verən yeni laboratoriyanın qurulması qarşıda dayanan məqsəd idi. Bütün bunları pandemiya və müharibə dövrünün çətinliklərənə baxmayaraq, Valeh Hüseynov məharətlə bacardı. Dünya standartlarına cavab verən 10 yataqlıq reanimasiya və intensiv terapiya şöbəsi, elektronlaşmış laboratoriya quruldu, mərkəz üçün zəruri olan tibbi avadanlıqlar alındı, təsərrüfat şöbəsinin təşkili xidməti yardıldı. Şəffaf, keyfiyyətli qan təminatı, Qan Bankında qan ehtiyatının toplanıb saxlanması, talassemiyalı, hemofiliyalı, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanların mütəmadi olaraq keyfiyyətli qanla, trombositlərlə təmin edilməsinin təşkili, koronovirus xəstələrinin qan plazması yolu ilə müalicəsi üçün plazmanın koronovirusdan sağalmış xəstələrdən toplanaraq ağır xəstələrin müalicəsində istifadə edilməsi də məhz Valeh Hüseynovun direktor kimi fəaliyyətə başlamasından sonra həyata keçdi. Ölkəmiz üçün ağır və şərəfli olan 44 günlük vətən müharibəsində hərbi hospitalların, yerli xəstəxanaların yaralı əsgərlərimizin operativ müalicəsinin təşkilinin həyata keçirilməsi üçün Mərkəzi Qan Bankı B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzi Valeh Hüseynovun rəhbərliyi, peşəkarlığı nəticəsində, qanla bağlı hər hansı çətinlik problemlər yaşamadı. Bu gün minlərlə qazimizin həyatda qalmasına görə həkimlərimizə və B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivinə və direktoru Valeh Hüseynova minnətdarıq.
Atalarımız demişlər ki, iş olan yerdə nöqsanlar da ola bilər. Mənsə deyərdim Valeh Hüseynovun olduğu yerdə kiçik nöqsanlara belə yer qalmır. Peşəkar həkim, dəyərli insan nə etdiyini, necə edəcəyini yaxşı bilir. Bütün bunlara rəğmən Talassemiya Mərkəzində və B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alan minlərlə xəstələr və onların yaxınları əziz və doğmalarının sağlam yaşamaqları üçün Valeh Hüseynovun etdiklərini görür, dəyərləndirir nəticə olaraq hər bir pasiyent Valeh Hüseynovu öz əzizi, doğması olaraq qəbul edir. Bu uğurlu seçimə görə vətəndaş olaraq Prezident İlham Əliyev cənablarına və Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edir, minnətdarlığımı bildirirəm. İnanıram ki, Azərbaycan səhiyyəsinin uğurlu inkişafını Valeh Hüseynov kimi peşəkarların sayəsində görəcəyik. Görünən odur ki, illər öncə mərkəzin fəaliyyətini iflic vəziyyətə salanlar, nigaha girən cütlüklərə saxta analiz cavabları verənlər, qan alverçiləri və onların havadarları zamanında layiqincə cəzalanmayıblar. Ona görə də indi görülən bu qədər gözəl işlərə kölgə salmağa çalışırlar. Sonda iftiralarla dolu olan yazının müəllifinə səslənirəm ki, şəffaf, keyfiyyətli müayinə və müalicə görmək istəyirsənsə yolunu Talassemiya Mərkəzindən və yaxud B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzindən sal. Sadəcə müşahidə et və qiymət ver. Ondan sonra vicdanın yol versə kimlərinsə sifarişi əsasında böhtan xarakterli yazılar yazmaqda davam edərsən. İnanıram ki, o mərkəzləri ziyarət etsəniz vicdanınıza sığınaraq böhtan və iftiralarla dolu olan yazınızın əvəzinə üzrxahlıq yazısını yazacaqsız. Çünki Vətən savaşında arxa cəbhədə fədakarlıq nümayiş etdirən, həmişə özünü reklamdan uzaq tutan qəhrəman həkim Valeh Hüseynovun və B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində çalışan layiqli insanların haqqına girməyəcək, əksinə dəstəkçisinə çevriləcəksiz...

"Peşəkar həkim Valeh Hüseynovun olduğu yerdə kiçik nöqsanlara belə yer qalmır..."


Rövşən Hüseynli,
şair, publisist

Manevr.az

Xəbəri paylaş







Müəllif: Ceyhun
Tarix: 9 iyul 2021 09:47
Salam Valeh doktor ona layiq olan vezifeni icra edir .ona etimad olunan vezifeni nece layiqli yerine yetirdiyini insanlar görür.Dövletimiz ise hamidan yaxşı bilir
Müəllif: Gülgün
Tarix: 9 iyul 2021 10:14
Aydın məsələdir ki sizin uşağınız əməliyyat olub,sağalıb.Sizin belə danışmağınız normaldı.Valeh dr.bəli həkim kimi peşəkar,savadlı həkimdir.İnsan kimi də çox gözəl insandır.Bu mövzu başqadır.Ancaq Milli Hemotologiya və Transfuzalogiya Mərkəzinin hesabına Talassemiya adı ilə nə qədər fiziki şəxslər daxil olmaqla,dövlət büddəcəsi maddi vəsait köçürüb.Bəs bu maddi vəsait hara,kimə xərclənib?!!!
Hanı bəs dərmanlar?qanların keyfiyyətsizliyi?!Talassemiya Mərkəzi uçur ee!sahibsizdir!Köhnə reaktivlər istifadə olunur.Testlər düzgün edilmir!Dərmanların dozası azaldılır,vaxtında verilmir!Kimə istəyirlər yüksək maaş yazılar!Kimi bəyənmirlər heç bir əsaslı səbəb olmadan işdən çıxarırlar!Valeh dr.işə.gətirdiyi bütün komanda İşçilər ən son model maşın sürürlər!Sizin ixtiyarınız yoxdu öz həmkarınız belə təhqir edəsiz!Aydın olsun!Etik danışığı olmayan insan yazar ola bilməz!Öncə siz danışmaq qaydası öyrənin!!!Bizim yaşafığımlzl uşağınız təkrar yaşasa ağıllı olarsız!!!
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar