Xəbər lenti
Əlövsət Ağalarov:"Savaş başa çatandan sonra da xeyirxah missiyyamızı dayandırmadıq"
Bu müqəddəs savaşı səbirsizliklə gözləyənlərdən biri də mən idim. Doğma Kəlbəcərim, qədim Qarabağım 30 ilə yaxın bir müddətdə murdar düşmən tapdağı altında idi. Başda sonbeşik zabit qardaşım olmaqla, 14 yaxın qohumumun və ümumən 20 mindən çox şəhidlərimizin qisası alınmamışdı. Hər şeyimizi - canımızı-qanımızı bu yolda verməyə hazır idik.
Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov Vətən müharibəsinin ilk günündə Nəşriyyatın Azərbaycan Silahlı Qüvvələrinə yardım kampaniyası başlatması və sonradan bu nəcib təşəbbüsün genişlənməsi haqda axar.az-ın sorğusunu cavablandırarkən deyib.
Onun sözlərinə görə, “Azərnəşr” bu məşəqqətli 30 ildə Qarabağla bağlı yüzlərlə kitab çap edib, şəhid ailələrinə, qazilərə xeyli yardım göstərib:
“Yəni bizim Nəşriyyatın rəhbərliyi və kollektivi öz vicdan borclarını yerinə yetirdi. Direktor müavini Elxan Rəhimov öz təşəbbüsü ilə iki aylıq əmək haqqını Silahlı Qüvvələrin Yardım Fonduna keçirtdi. Özü də hələ İkinci Qarabağ savaşından iki il əvvəl. Və bütün kollektiv qərara aldı ki, müqəddəs savaşa yardım kimi, bir aylıq məvaciblərini Fonda köçürsün. Belə də etdik. İlk təşəbbüsü biz qaldırdıq və ilkin olaraq 10.000 manat vəsait ödədik. Mətbuatda təbliğat işi apardıq və sonralar öyrəndik ki, Nəşriyyatın təşəbbüsü böyük rəğbətlə qarşılanıb, minlərlə idarə-müəssisə, ayrı-ayrı vətəndaş külli miqdarda vəsait toplayıb Müzəffər Ordumuza dəstək verib. Savaş başa çatandan sonra da bu xeyirxah missiyyamızı dayandırmadıq. Biləndə ki, Mingəçevirdə bir imkansız ailənin iki oğlu şəhid olub, dərhal qərara gəldik ki, Musa Həsənovun iki körpəsinə hər ay 500 manat vəsait ayıraq. 2020-ci ilin dekabrın 1-dən bu şərəfli missiyanı davam etdiririk. Bir şəhid övladı tələbəyə hər ay 100 manat təqaüd ayırmışıq. Universiteti bitirəndən sonra da işlə təmin etməyi öz üzərimizə götürmüşük. YAŞAT Fondu yaradılan kimi Fonda 5000 manat yardım etdik və s. Bunları sadalamaqda məqsədim belə təşəbbüslərin yayılması, təbliğidir. Çünki şəhidlərimizin, qazilərimizin qarşısında çox borcumuz var. Müzəffər Ordumuzun Ali Baş Komandanı, görkəmli sərkərdə, Böyük Qələbənin memarı cənab Prezidentimiz İlham Əliyevin və onların sayəsində 30 illik həsrətə, nisgilə, məhrumiyyətlərə son qoyuldu, millətin zədələnmiş qüruru, milli mənliyi özünə qayıtdı”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar