Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda karantin sərtləşdirilə bilər

Tarix: 06-07-2021 16:15     Baxış: 3174 A- / A+
Azərbaycanda karantin sərtləşdirilə bilər

İnsanlar unutmamalıdırlar ki, vəziyyət qəlizləşə və karantin qaydaları sərtləşdirilə bilər”.

Manevr.az xəbər verir ki, bu sözləri açıqlamasında tibb elmlər doktoru, professor Adil Qeybulla deyib.

O, bildirib ki, epidemioloji vəziyyət pisləşərsə, təmasların məhdudlaşdırılması məsələsi önə çıxacaq:

"Qonşu ölkələrdə "Delta” ştammının yayılması varsa, təbii ki, Azərbaycanda da olması qaçılmazdır. Bu baxımdan biz bütün sürprizlərə və profilaktik tədbirlərə hazır olmalıyıq. Hazırda bilirik ki, sosial həyatın ayrı-ayrı sahələrində yumşalmalar var, toylara icazə verilib, idman zalları, çimərliklər açılıb. Amma insanlar unutmamalıdırlar ki, pandemiya hələ bitməyib. Yaxşı olar ki, toyların qapalı mühitdə keçirilməsindən daha çox şadlıq evlərinin həyətində və ya xüsusi ayırılmış yerlərdə axşamüstü sərin havada keçirilməsi çox məqsədəuyğun olar.

Professor qeyd edib ki, vəziyyət qəlizləşsə, yenidən qapanmalara gediləcək: "İkinci tərəfdən də əgər vəziyyət bu şəkildə davam edərsə, epidemioloji vəziyyət də pisləşərsə, bu zaman hesab edirəm ki, xəstəliyin geniş yayılmaması üçün, xeyli insanın yoluxmaması üçün təmasların məhdudlaşdırılması məsələsi önə çıxır. Bu da xüsusilə qapalı mühitdə karantin davranışlarının tam həyata keçirilməsini tələb edir. İnsanlar unutmamalıdırlar ki, situasiya qəlizləşə də bilər və müəyyən karantin qaydaları sərtləşə də bilər”./azxeber.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar