Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda orta yaş həddi hansı səbəbdən azalıb?

Tarix: 05-07-2021 16:37     Baxış: 4153 A- / A+
Azərbaycanda orta yaş həddi hansı səbəbdən azalıb?

"Pandemiya, sosial-iqtisadi problemlər və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər 2020-ci ildə ölkəmizdə orta yaş uzunluğunun azalmasına gətirib çıxarıb”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Statistika Komitəsinin açıqladığı Azərbaycanda 2019-cu ildə orta ömür uzunluğunun 2019-cu ildəki 76,4 yaşdan, 2020-ci ildə 73,2 yaş həddinə düşməsinin səbəblərindən danışarkən deyib. Onun sözlərinə görə, azalmaya təsir edən başlıca səbəb koronavirus xəstəliyidir:

"Azərbaycanda orta yaş uzunluğunun azalmasına pandemiya və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərin də təsiri olub. Orta yaş həddi hesablanarkən, ölkədəki əhalinin bütün kateqoriyasının ölüm zamanı nəzərə alınır. Bu da sonda gətirib orta rəqəmə ciddi təsir göstərir. Birmənalı olaraq, orta yaş uzunluğunun azalmasına başlıca təsiri pandemiya göstərib. Keçən il, ümumiyyətlə, Azərbaycanda 2019-cu illə müqayisədə ölüm faktları kifayət qədər çox olub. Ona görə də ümumilikdə orta yaş həddinin aşağı düşdüyünü müşahidə edirik.

Ekspert bu vəziyyətin yaranmasında digər amillərin də rolunun olduğunu söylədi:

"Əhalinin qidalanması, sağlamlıq mərkəzlərinə çıxışı da burada öz sözünü deyir. Azərbaycanda keyfiyyətli qida problemi var. Eyni zamanda, bəzi hallarda sağlamlıq mərkəzlərinə rahat çıxışda da problemlərlə üzləşirik. Ödənişli klinikalarda daha keyfiyyətli müalicə aparılsa da, əksər insanlarımız pullu xidmətdən yararlana bilmir. Bunun özü də insan ömrünün keyfiyyəti və müddətinə təsir edən amillərdəndir”.

Həmsöhbətimiz düşünür ki, mövcud tendensiya cari ildə də özünü göstərəcəksə, bu istiqamətdə daha dərin elmi araşdırmalara ehtiyac yaranacaq:

"Ümumiyyətlə, uzun ömürlü həyat üçün keyfiyyətli qida və səmərəli tibbi sektorun olması vacib elementdir. Yaponiyada məhz bu amillərin nəticəsində insan ömrü daha uzundur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar