Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərin maaşları artırıldı - RƏSMİ

Tarix: 05-07-2021 13:52     Baxış: 4202 A- / A+
Bu şəxslərin maaşları artırıldı - RƏSMİ

"Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom”) işçilərin sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması məqsədilə əməkhaqqı islahatı həyata keçirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, nəticədə fəhlə kateqoriyasından olan bir qisim işçinin əmək haqları orta hesabla 18% artırılıb. Sözügedən kateqoriyadan olan əməkdaşlar iyun ayı üzrə maaşlarını iyul ayından müvafiq artımla əldə ediblər. Ümumilikdə əməkhaqqı artımı 500 nəfərə yaxın işçiyə şamil edilib.

Əməkhaqqı artımı qurumun fəaliyyətində aparılan optimallaşdırma nəticəsində qənaət olunmuş vəsait hesabına həyata keçirilib. Əməkdaşların rifah halının yüksəldilməsi istiqamətində islahatlar gələcəkdə də davam etdiriləcək.

Eyni zamanda "Baktelecom” tərəfindən önümüzdəki dövr ərzində işçilərin bilik və bacarıqlarının artırılması, fəaliyyətinin obyektiv qiymətləndirilməsi və motivasiyalarının yüksəldilməsi üçün təlim və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar