Xəbər lenti
Azərbaycanda 100 yaşdan çox yaşayanlar artıb, orta yaş ömrü qısalıb - PARADOKS
2020-ci ildə Azərbaycan Respublikasında gözlənilən ömür uzunluğu göstəricisi əhali üzrə ümumilikdə 73.2 yaş, o cümlədən kişilərdə 70.1, qadınlarda isə 76.5 yaş olub.
Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, əvvəlki ildə Azərbaycanda gözlənilən ömür uzunluğu göstəricisi əhali üzrə ümumilikdə 76,4 yaş, o cümlədən kişilərdə 74, qadınlarda isə 78,7 yaş təşkil edib.
DSK rəsmisinin sözlərinə görə, 2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 50 və yuxarı yaşda əhalinin sayı 2 587 665 nəfər, 60 və yuxarı yaşda 1 305 570 nəfər, 70 və yuxarı yaşda 437 566 nəfər, 80 və yuxarı yaşda 162 660 nəfər, 90 və yuxarı yaşda 20 937 nəfərdir. DSK rəsmisi deyib ki, 100 və yuxarı yaşda əhalinin sayı isə 1794 nəfərdir.
İki ilin müqayisəsi isə göstərir ki, ölkədə 100 yaşdan yuxarı olanların sayı artıb. Belə ki, onların sayı 2020-ci ildə 1052 idisə, 2021-ci ildə 1794 nəfərə çatıb.
Qeyd edək ki, 2020-ci ilin əvvəlinə ölkə üzrə 50 və yuxarı yaşda əhalinin sayı 2 milyon 519 min 241 nəfər olub. 60 və yuxarı yaşda 1 milyon 228 min 424 nəfər, 70 və yuxarı yaşda 420 min 652 nəfər, 80 və yuxarı yaşda 158 min 650 nəfər, 90 və yuxarıda yaşda 16 min 924 nəfər, 100 və yuxarı yaşda əhali isə 1052 nəfər təşkil edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar