Xəbər lenti
Kəlbəcərdə polis işçilərinin peşə bayramı qeyd edildi - ŞƏKİL
Kəlbəcərdə polis işçilərinin peşə bayramı qeyd edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan verilən məlumata görə, Kəlbəcər rayonunda keçirilən tədbirdə vətən uğrunda və cinayətkarlıqla mübarizədə həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haqverdi Əkbərov qeyd edib ki, əvvəlki peşə bayramlarından fərqli olaraq bu dəfə Kəlbəcər polisi peşə bayramını öz doğma torpağında xidmət başında qeyd edir. Bu isə biz kəlbəcərlilər üçün iki qat sevinc olmaqla bərabər, həm də daha çox məsuliyyət gətirir. Belə ki, hazırda rayon ərazisində komendant rejimi tətbiq olunur və bu rejimin tələblərinə nəzarəti polis əməkdaşları həyata keçirir. Ona görə də daha diqqətli olmalı, rayon ərazisinə xüsusi icazəli şəxslərin buraxılması təmin edilməli və eyni zamanda rayon daxilində təhlükəsizlik qaydalarına riayət edilməlidir. Daha sonra rəis daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə peşə bayramı münasibətilə təbrik məktubunu oxuyub.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar