Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərsu” 400 milyonu hara xərcləyib? Gəncə məhv olur...

Tarix: 02-07-2021 12:41     Baxış: 4114 A- / A+
“Azərsu” 400 milyonu hara xərcləyib? Gəncə məhv olur...

Mən Gəncədə su qıtlığı ilə əlaqədar yaranmış gərgin vəziyyətlə bağlı hökumətə müraciət etmək istəyirəm. Yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır. Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı, 100-150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur.

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir:

“Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su- kanalizasiya sistemi yenidən qurulur. 2011- ci ildə Azərsu ASC-nin başladığı layihənin indiyədək cəmi 42%-i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq, nəticə yoxdur. Əslində nəticə var: qazıq-qazıq küçələr, gündə bir küçədən partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən acınacaqlı nəticə isə odur ki, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılmışdır. Bu, xalqa və dövlətə qarşı cinayətdir”.

Musa Quliyev Hesablama Palatasına da səslənib:

“Bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü araşdırın. Mən Respublika Prokurorluğuna müraciət edirəm. Yoxlayın, aydınlaşdırın, bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub? Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir. Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6000-ə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su-kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusunun qazılmasına ehtiyac olduğu halda bu il cəmi 1 artezian quyu qazılması nəzərdə tutulur. Mən hökumətə müraciət edirəm: cənab Baş nazir, Gəncənin su problemini nəzarətə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin”./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar