Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün general olan polis rəisləri kimlərdir?

Tarix: 02-07-2021 10:33     Baxış: 4217 A- / A+
Bu gün general olan polis rəisləri kimlərdir?

Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsi verilən polis rəislərinin bioqrafiyası maraq doğurub.

Manevr.az xəbər verir ki, bu gün general-mayor rütbəsi verilənlərdən biri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevdir.

Ə.Rzayev 1968-ci ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. BDU-nun hüquq fakültəsində təhsil alıb. 1989-cu ildə Ukraynada polis, 1990-1995-ci illərdə Ordubadda kənd məktəbində müəllim işləyib.

Bu gün general olan polis rəisləri kimlərdir?


Müxtəlif illərdə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin rəis müavini, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, ardınca Şəki RPİ-nin rəisi olub, oradan isə Nəsimi rayonuna rəis gətirilib. Və nəhayət 2019-cu ildə Nəsimi RPİ-nin rəisi vəzifəsindən çıxarılaraq "Bandotdel"in rəisi təyin edilib.

General-mayor rütbəsi verilən digər şəxs Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovdur.

Bu gün general olan polis rəisləri kimlərdir?


Ə.İsmayılov 1963-cü ildə Yerevanda anadan olub. Vladimir Xüsusi Orta Milis Məktəbini, daha sonra isə DİN-in Polis Akademiyasını bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışıb.15 il Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə şəhər BPİ-nin rəisi vəzifələrində xidmət edib.

2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunub. Ailəlidir, 3 övladı var.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov da general-mayor rütbəsi alanlar sırasındadır.

Bu gün general olan polis rəisləri kimlərdir?


İ.Hümbətov 1964-cü ildə Füzuli rayonu Qaraxanbəyli kəndində anadan olub. Barnaul Xüsusi Orta Milis Məktəbini, Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir.

DİN-in ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Balakən və Saatlı Rayon Polis şöbələrinin cinayət axtarışı bölməsinin rəisi, Cəlilabad və Sabirabad Rayon Polis şöbələrinin rəis müavini, paytaxtın Xəzər, Səbail, Xətai, Yasamal Rayon Polis idarələrinin rəis müavini, Göyçay və Lənkəran şəhər rayon Polis şöbələrinin rəisi vəzifələrində işləyib.

2019-cu ilin noyabr ayında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir. Üç övladı var.

2019-cu ildən bəri Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi olan Əlaslan Ağayev də general-mayor rütbəsi alıb. O, bundan öncə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi işləyib.(qafqazinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar