Xəbər lenti
Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri seçildi
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun təşviqi üzrə ardıcıl tədbirlər görülür.
Manevr.az-ın xəbərinə görə, "Mediasiya haqqında" Qanuna uyğun olaraq Mediasiya Şurası yaradılıb, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində mediasiya prosesinin tətbiqinə dair maarifləndirmə və təşviqat işləri aparılır.
Eyni zamanda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Şuraya üzv qəbul edilib. Avropa İttifaqı ilə birgə layihə həyata keçirilərək mediasiya üzrə təlimçilər hazırlanıb, beynəlxalq ekspertlər cəlb olunmaqla Akademiyada mübahisələrin alternativ həlli üzrə təlimçilərinin təlimi təşkil edilib.
Layihə çərçivəsində mediasiya təlimlərinə cəlb edilmiş 300-dək namizəd təlimləri uğurla başa vurub və onlara müvafiq sertifikatlar təqdim olunub. Hazırda müraciət etmiş digər şəxslərə mediasiya təlimlərinin keçirilməsi nəzərdə tutulur.
İyunun 30-da Mediasiya Şurasının Ümumi Yığıncağının iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, qurumun rəhbər orqanına seçkilər keçirilərək İdarə Heyətinin tərkibi formalaşdırılıb.
Hüquq üzrə fəlsəfə doktoru, dosent, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədrinin müşaviri Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri, Vəkillər Kollegiyasının və "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin üzvü Yusif Allahverdiyev və Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev İdarə Heyətinin üzvləri seçiliblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar