Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağın 5 kəndi və 1 qəsəbəsi üçün müsabiqə elan edildi

Tarix: 01-07-2021 20:22     Baxış: 3113 A- / A+
Qarabağın 5 kəndi və 1 qəsəbəsi üçün müsabiqə elan edildi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına start verib.

Manevr.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, Qarabağın bir sıra kənd və qəsəbələrini əhatə edəcək müsabiqə proqramının ilk mərhələsində təqdim olunan layihələrdə Ağdam rayonunun Sarıcanlı, Füzuli rayonunun Horadiz, Kəlbəcər rayonunun Zar, Laçın rayonunun Şəlvə və Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndlərində, həmçinin, Cəbrayıl rayonunun Xudafərin qəsəbəsində yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişafının həlledici istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq və müasir həllərin mümkün inteqrasiyası, yüksək bədii-estetik görünüşün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.

Ümumi mükafat fondu 60 000 manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. İştirakçılar yuxarıda qeyd olunan kəndlərdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər 15 iyul 2021-ci il tarixinədək qeydiyyatdan keçməli, layihələr isə 31 iyul 2021-ci il saat 18:00-dan gec olmayaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tam tərkibdə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün hər hansı ödəniş tələb olunmur.

15 avqust 2021-ci il tarixində elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 3 nəfər mükafatlandırılacaq. 1-ci yerin sahibi 5000 manat mükafat və 1-ci dərəcəli diplomla, 2-ci yerin sahibi 3000 manat və 2-ci dərəcəli diplomla, 3-cü yerin sahibi isə 2000 manat və 3-cü dərəcəli diplomla təltif olunacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Qeyd edək ki, müsabiqənin əhatə etdiyi kəndlərdə bərpa-quruculuq işləri aparılacağı təqdirdə qalib gələn layihələr nəzərə alınacaq.

Layihədə maraqlı şəxslər qeydiyyatdan keçmək, habelə müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün bu məqsədlə xüsusi “Qədim Qarabağın yenilənən siması” internet səhifəsi (www.bizimqarabagh.az) hazırlanıb.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sistemli və surətli şəkildə aparılması, həmçinin memar, urbanist və layihəçiləri hər birimizin qürur mənbəyi olan Qarabağda baş verən şəhərsalma proseslərində yaxından iştirakını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər kəndləri də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar