Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bələdiyyə sədri “avtoşluq” etdi

Tarix: 01-07-2021 10:21     Baxış: 3174 A- / A+
Azərbaycanda bələdiyyə sədri “avtoşluq” etdi

Şabranın Uzunboyad bələdiyyəsinin sədri Rafiq Tofiq oglu Muradov "avtoşluğa” görə cərimələnib.

Manevr.az xəbər verir ki, bu haqda "Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, olay ötən ay baş verib. Rafiq Muradov rayon ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozub. Dövlət Yol Polisi İdarəsinin Şabran rayon şöbəsinin əməkdaşlarının saxla əmrinə tabe olmayıb. "Avtoş” bələdiyyə sədrinin saxlanılması üçün tədbir görülüb, rayon ərazisində Rafiq Muradovun idarə etdiyi avtomobil saxlanılıb. Bələdiyyə sədri canını cərimə ödəməklə qurtara bilib.

Rafiq Muradovun adı mətbuatda 2018-ci ildə də hallanmışdı. Həmin ilin noyabrında bələdiyyə sədrinin oğlu, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı, Az 90 XF 512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub. S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Həmin vaxt bələdiyyə sədrinin oğlunun idarə etdiyi avtomobillə 2 nəfərin vurulması xəbəri vardı. Lakin o dövrdə Rafiq Muradovun qrup yoldaşı, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin müdaxiləsi ilə qəzanın miqyası kiçildilib, bələdiyyə sədrinin oğlu cəzadan kənar saxlanılıb.

Bundan başqa, Rafiq Muradovun Uzunboyad kəndində əhalinin narazılığına səbəb olan bir neçə addım atdığı haqda da xəbərlər var. 44 günlük Vətən müharibəsində şəhid olan Uzunboyad sakinlərinə həmkəndliləri xatirə parkı tikmək qərarı veriblər. Park üçün kəndin mərkəzində boş torpaq sahəsi seçilib.

Bələdiyyə sədri Rafiq Muradov buna qarşı çıxıb, kəndin kənarında bir yer göstərməklə parkın tikintisinin orada aparılmasına çalışıb. Sakinlərin etirazlarından sonra isə bələdiyyə sədri ortaya bir sənəd çıxarıb ki, bəs bu torpaq sahəsi mənimdir. Sakinlərin ciddi təpkisindən sonra məsələyə rayon rəhbərliyi qarışıb, sonda bələdiyyə sədri geri çəkilməli olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar