Xəbər lenti
Qohumları tərəfindən diləndirilən uşaqdan xəbər var
Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlının anası tapılıb.
Manevr.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
“Dünən Ümid adlı uşağın sığınacağa yerləşdirilməsi və anasının axtarışı ilə bağlı paylaşım etmişdim. Daxili İşlər Nazirliyi 19-cu Polis Bölməsinin əməkdaşlarının səyi nəticəsində qısa zamanda Ümidin anası tapıldı. Hazırda profilaktik işlər davam etdirilir”.
Qeyd edək ki, K.Ağazadə ötən gün paylaşım edərək Şərifov Ümid Tural oğlunun xalası və digər qohumları tərəfindən dilənməyə, avtomobillərin təkərini qaraltmağa məcbur edildiyini yazmışdı. O, azyaşlının qazancının qohumları tərəfindən əlindən alındığını qeyd etmişdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar