Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Orduda nizam qaydalarına dəyişiklik edildi - İstiyə görə

Tarix: 28-06-2021 17:04     Baxış: 4148 A- / A+
Orduda nizam qaydalarına dəyişiklik edildi - İstiyə görə

Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Azərbaycan Ordusunun şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə müvafiq tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb.

Eyni zamanda hərbi hissələrdə sərin su duşları, əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar