Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yas mərasimlərinə icazə ilə bağlı yeni xəbər

Tarix: 28-06-2021 17:02     Baxış: 4208 A- / A+
Azərbaycanda yas mərasimlərinə icazə ilə bağlı yeni xəbər

Pandemiya ilə bağlı olaraq Azərbaycanda bir ildən çoxdur ki, toy və yas mərasimlərinin keçirilməsinə qadağa tətbiq edilib. Son günlər ərzində vaksin olunan şəxslərin sayının artması və virusa yoluxanların sayında qeydə alınan azalma ilə bağlı Operativ Qərargah müəyyən qadağaları ləğv etdi. Bunlardan biri də toyların təşkili ilə bağlı olan qadağadır. Lakin yas mərasimləri ilə bağlı qadağa hələ də qüvvədədir.

Bəs görəsən yasların keçirilməsinə icazə verilə bilərmi?

Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı redaktor.az-ın suallarını cavablayan millət vəkili Azər Badamov bildirib ki, yas mərasimlərinin təntənəli şəkildə keçirilməsinə ehtiyac yoxdur:

“Hazırda yas mərasimləri dar çərçivədə, qəbul olunan formada keçirilir. Bu insanlar tərəfindən çox müsbət qəbul olunur. Düşünürəm ki, gələcəkdə də bu ənənə davam etdirilməlidir. Yas mərasimlərinin daha kiçik formada keçirilməsi yaxşıdır. Təntənəli, böyük məclislər qurub israfa yol vermək olmaz. Hesab edirəm ki, təkcə pandemiya dövründə yox, bundan sonra da yas mərasimləri məhdud səviyyədə təşkil edilməlidir. Operativ Qərargahın bu qadağanı ləğv edəcəyini güman etmirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar