Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev sabiq nazirin oğlunu da təltif etdi - ŞƏKİL

Tarix: 26-06-2021 16:42     Baxış: 4142 A- / A+
İlham Əliyev sabiq nazirin oğlunu da təltif etdi - ŞƏKİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 min 349 nəfər hərbi qulluqçunu müxtəlif orden və medallarla təltif edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının təltif etdiyi əsgərlər arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin oğlu Yusif Əliyev də var.

Belə ki, əsgər Əliyev Yusif Fərhad oğlu həm "Cəbrayılın azad olunmasına görə”, həm də "Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Yusif Əliyev 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib.

Xatırladaq ki, Fərhad Əliyev 2001-2005-ci illərdə Azərbaycanın iqtisadi inkişaf naziri olub.//modern.az

Manevr.az


İlham Əliyev sabiq nazirin oğlunu da təltif etdi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar