Xəbər lenti
Tehran Mənsimov: "Mənə avtomobil verilməyib"
Bu gün mətbuatda dərc olunan məlumata görə, Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.
Məlumata deyilirdi ki, Ə.Əsədov T.Mənsimova son model “Lexsus” markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb.
Manevr.azı-n xəbərinə görə, veteninfo.az-a danışan Tehran Mənsimov bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdu və ona hansısa avtomobil bağışlanmayıb: “Bu məlumatı hardan alıblar bilmirəm. Amma onu bilirəm ki, belə bir yalanla haqqımda olmayan bir informasiya yaymaqla məni çox ciddi rahatsız etmiş oldular. Biz Vətən yoldunda bir əsgər olaraq, bir döyüşcü olaraq borcumuzu yerinə yetirmişik. Bu hər bir Azərbaycan oğlunun, Azərbaycan əsgərinin müqəddəs borcudur. Ona görə də belə xəbərlərlə adımızın hallanması doğru deyil. Ən azından sizin kimi zəng edib məlumatın doğru olub-olmadığını öyrənə bilərdilər. Çox təəssüflər olsun yalan və həqiqət olmayan bir xəbər yayıblar”.
Manevr.azı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar