Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda karantinlə bağlı cərimələr ləğv ediləcək?

Tarix: 25-06-2021 13:25     Baxış: 3205 A- / A+
Azərbaycanda karantinlə bağlı cərimələr ləğv ediləcək?

"Gələcəkdə Azərbaycanda da belə bir qərar verilə bilər”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Gürcüstan hökumətinin karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi ilə bağlı qərarını şərh edərkən deyib. Deputat qeyd edib ki, gələcəkdə vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün bu addımı atmaq olar:

"İndiki vəziyyətdə toyların keçirilməsi ilə bağlı verilən qərarda cərimələr nəzərdə tutulur. İndi cərimələrlə bağlı qərar ləgv olunsa, onda heç kim qaydalara əməl etməyəcək və yoluxma sürətlə artacaq. Ona görə də bunun müəyyən detallarına baxıb həll eləmək lazımdır”.

Qeyd edək ki, Gürcüstan hökuməti karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi qərarı verib. Qərar 245 mindən çox sakini və 344 hüquqi şəxsi əhatə edəcək. Ödənməmiş cərimələrin ümumi məbləğinin hardasa 76 milyon lari (təxminən 24 milyon dollar) olduğunu bildirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar