Xəbər lenti
Üzeyir Cəfərov ordudan ehtiyata buraxıldı
"İki gündən sonra Azərbaycan Silahlı Qüvvələrinin növbəti ildönümüdür: “Bu münasibətlə sıravi əsgərimizdən tutmuş Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı da daxil olmaqla hər kəsi ürəkdən təbrik edirəm. Möhkəm can sağlığı və vətənimiz Azərbaycanın etibarlı müdafiəsi və mühafizəsi üçün yeni-yeni uğurlar arzulayıram. Bu bizim qürurlu xalqın ötən ilki 44 günlük Zəfər Qələbəsindən sonra ilk Ordu Günü bayramıdır. Ona görə də, ilk növbədə Vətən savaşında canını fəda etmiş əziz şəhidlərimizə Allahdan rəhmət, yaralı və əlil hərbçilərimizə şəfa diləyərək, hər kəsdən başını dik tutmağı xahiş edərdim”.
Manevr.az-ın xəbərinə görə, bu fikirləri tanınmış hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirib.
O, bayram ərəfəsində mətbuat nümayəndələrinə müraciət edərərək qeyd edib: “Ötən ilin noyabr ayından mən də xidməti zərurətlə əlaqədar qısa müddətə Silahlı Qüvvələrimiz sıralarına həqiqi hərbi xidmətə çağırılmışdım və bu müddət ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdım. Buna nə qədər nail oldumsa, daha yaxşısını xidmət etdiyim qurumun səlahiyyətliləri yaxşı bilir və onların mənə göstərdikləri diqqəti və qayğını heç vaxt unutmayacağam. Hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər. Başda xidmətin 1-ci şəxsi olmaqla ən sonuncu əsgər və çavuşuna kimi hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər”.
Polkovnik daha sonra bildirib ki, iyun ayının 25-dən etibarən o, artıq ehtiyatda olan polkovnik kimi yenə mətbuatda olan dostları ilə bərabər hərbi jurnalist kimi fəaliyyətini davam etdirəcək: “Yenə də Silahlı Qüvvələrimizin, Azərbaycan Ordusunun bütün həyat və fəaliyyətində yaxından iştirak edəcəyəm. Ona görə də, bu balaca qeydlərimi yazmaqla yazılı, elektron KİV nümayəndələrinə, mətbuatdakı köhnə-təzə dostlarıma bildirmək istəyirəm ki, bilik və bacardıqlarım imkanlar və səlahiyyətlər çərçivəsində verəcəyiniz suallara və sorğulara səmimi, obyektiv və dürüst cavablar verməyə əvvəlki kimi yenə hazıram. Hər birinizə və hər birimizə yaradıcılıq uğurları, əziz dostlar! Tanrı Azərbaycanımızı, onun Silahlı Qüvvələrini və Ordusunu qorusun!”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar