Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

Tarix: 24-06-2021 12:21     Baxış: 3123 A- / A+
Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə Dövlət Sərhəd Xidmətunin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.

Çıxışda Azərbaycan Res­publika­sının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı, xalqımızın yenilməz milli ruhu, Silahlı Qüvvə­lərimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən üzərində Böyük Qələ­bənin əldə olunması, Vətən müharibəsində sərhədçilərin döyüş tapşırıqlarını uğur­la icra edərək şücaət və igidliklərilə qəhrəmanlıq sal­namələri yazdıqları vurğulanıb.

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və sərhəd­lərimizin iş­ğaldan azad edilməsindən sonra bu ərazilərdə sərhəd mühafizə fəaliyyətinə baş­lanılması, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunmuş, görülən işlər çərçi­vəsində növbəti hər­bi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sərhəd mühafizəsinə ali döv­ləti diqqətin daha bir təzahürü olması bildirilib.

Vətən Müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, düşmən tapda­ğından azad olunmuş müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edil­məsi şərəfini daşıyan Azərbaycan sərhədçi­lərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəh­bərliyi altında ölkəmizin ərazi hüdüdlarının mühafizəsi üzrə tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəkləri xüsusi qeyd olunub.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanasına, yemək­xanaya, hamam-camaşırxana, ərzaq, əşya-geyim, yanacaq və silah anbarlarına, avto­mobil parkına, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və xatirə foto­şəkilləri çəkilib.

Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə möv­cud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında və­zifəli şəxslərin məruzələri dinlənilmiş, dövlət sərhədinin müdafiəsi və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi və şəxsi heyətin təhlükəsizliyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılmış, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülmüş, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinə baxış keçirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar