Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Həyət toyları bu qaydalarla keçiriləcək - DİN-dən AÇIQLAMA - VİDEO

Tarix: 24-06-2021 09:31     Baxış: 3142 A- / A+
Həyət toyları bu qaydalarla keçiriləcək - DİN-dən AÇIQLAMA - VİDEO

Mağar və həyət toylarında cəmi 50 nəfər qonaq iştirak edə bilər. Tibbi maska mütləqdir, lakin qonaqlardan COVID-19 pasportu tələb olunmayacaq. Bu toylara nəzarəti isə polis əməkdaşları həyata keçirəcəklər.


Manevr.az Xəzər TV-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib ki, hətta COVID-19 pasportu olmuş olsa belə, həyətyanı sahələrdə keçirilən toylarda 150 nəfərə qədər şəxsin iştirakı mümkün deyil. Bu cür məclislər yalnız 50 nəfər üçün nəzərdə tutulub.

Elşad Hacıyevin sözlərinə görə, həyatyanı sahədə keçirilən məclislərdə hər hansı bir qanun pozuntusu qeydə alınarsa, həm toy yiyəsi, həm də qonaqlar cərimələnəcəklər.

Vətəndaşlar isə deyirlər ki, hazırda restoranlar menyuları çox baha qiymətə qoyublar. Əvvəllər 30-40 manata olan menyu indi 60-70 manata və daha baha qiymətə təklif olunur. Ona görə də hazırkı məqamda bütün şərtləri qəbul edib, həyətyanı sahədə toy etmək daha sərfəlidir.

Qeyd edək ki, bu məclislər üçün başqa heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin qonaqlar sıxlıqdan çəkinməli, pandemiya qaydalarına maksimum əməl etməlidirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar