Xəbər lenti
Şeyx Heydərin son döyüşü
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən
1487-ci ilin qışında Şah İsmayılın atası Şeyx Heydərin rəhbərlik etdiyi 10.000 nəfərlik qızılbaş birləşməsi ilə Şirvanşahlar dövləti arasında hərbi əməliyyatlar başlandı.
Müharibənin əvvəlində Şirvanşah Fərrux Yəsar ailəsini, şəhər əhalisinin bir hissəsini və əmlakını Şamaxı yaxınlığındakı Gülüstan qalasınaköçürərək özü döyüşə yollandı. Lakin Şeyx Heydər həmlə edən kimi Şirvanşah Gülüstan qalasınaçəkilməyə məcbur oldu. Qızılbaşlar qalanı mühasirəyə aldılar. Yeddi aya yaxın mühasirədə qalan Fərrux Yəsar yardım üçün kürəkəni Sultan Yaquba müraciət etdi. Şeyx Heydər Gülüstan qalasını mühasirədə saxlayarkən Şirvanın müxtəlif yerlərinə dağılmış əmirlər Şirvan əyanlarından Kiçi bəyin başçılığı altında toplaşaraq, üləmaların dəstəyi ilə Şirvan ordusunun qalıqlarından və Şirvanşahın tərəfdarlarından nəhəng bir qoşun təşkil edib qızılbaşların üzərinə yeridilər. Şeyx Heydər Gülüstan qalasının mühasirəsindən əl çəkib bu qeyri-nizami birləşməni darmadağın etdi. Qızılbaşların qala ətrafından uzaqlaşdığını görən Fərrux Yəsaronların qorxudan və ərzaq qıtlığından geri çəkildiklərini güman edərək müridləri təqib etmək məqsədi ilə qaladan çıxdı. LakinŞeyx Heydərin qalib gəldiyini və qayıdıb Gülüstanın mühasirəsini davam etdirmək niyyətində olduğunu biləndəŞamaxıdan20 kim şimal-qərbdəyerləşən əlçatmazSulutqalasına sığınmağa məcbur oldu. Bu vaxt sərkərdələr Süleyman bəy Bican oğlu və Əbihsultan başda olmaqlaböyük Ağqoyunlu ordusu qızılbaşlarla müharibədə Fərrux Yəsara kömək etmək üçün Şirvanayetişdi. Bu xəbəri eşidən Şeyx Heydər Şamaxıətrafını tərk edərək oradan 6 km şimal-şərqdə yerləşən Cabaniyə çəkildi, sonra isə şimala doğru hərəkət edib Dərbəndi mühasirəyə aldı. Ağqoyunluordusu müharibənin viranəliyəçevirdiyi Şirvana daxil oldu. ŞirvanşahSulut qalasından çıxıb qüvvələrinin qalan hissəsi ilə Sultan Yaqubun əmirlərinə qoşuldu. Süleyman bəy Bican oğlunundöyüşçüləri ilə Şeyx Heydərin bahadırları Tabasaranda qarşılaşdılar. Qanlı savaş 1488-ci il iyul ayının 9-dabaşlandı. Hər iki tərəf inadla vuruşurdu.Şeyx Heydər təkbətək döyüşdə Süleymanı yaralayıb məğlub etsə də, uşaqlıq dostu olduğuna və yalvarıb aman istədiyinə görə onu öldürmədi. Özlərini yetirən ağqoyunlu əsgərləri Süleymanı cəng meydanından çıxardılar. Döyüşçüləri Şeyxdən düşmənəaman verməsinin səbəbini soruşduqda dedi: “Onun əcəli hələ gəlib çatmamışdı. Mənim ömür günəşim isə sönmək üzrədir. Şəhadət şərbətini bu döyüşdə içəcəyəm!”Savaş əsnasında Şeyx Heydər oxla vurularaq şəhid edildi. Döyüş iştirakçılarının hamısının şahidliyinə görə, həmin oxu Şeyxin Şahsüvar Lənkərani adlı əmirinin atası, ola bilsin ki, yanlışlıqla atmışdı.
Şeyx Heydər indiki Xızı rayonunun Tıxlı kəndindən 3–4 km şimal-şərqdə, Beşbarmaq dağının arxasında dəfn olunmuş, Şah İsmayılın dövründə məzarı təmir edilərək üzərində türbə ucaldılmışdır. Bu tikilihazırda da həmin məkandadır. Türbə üzərindəki daş kitabədə fars dilində üç sətirdən ibarət aşağıdakı mətn həkk edilmişdir:
1. Böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolunun yolçusunun qəbri, hikmətli Quran dininin həqiqət axtaran şeyxi, Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir;
2. Şirvan, Ruman, İran müharibəsində öldürülmüşdür. O ildən min otuz birinci ilədək xarab idi. Etibarlı imam Əmir əl-möminin Əli ibn Əbu Talib əleyhissalam
Şeyx Cüneydin oğlu Şeyx Heydərin başına gələn hadisənin doğruluğunu bilib qəbrin parlaqlığı və möhkəmləndirilməsi üçün həqiqi nökəri Şah Ismayılın yanına gəlib buyurdu ki, bu bərəkətli, böyük qəbir uzun müddətdirŞirvan dağlarında bir dağın ortasında gizli qalmışdır;
3. Fərman verdi ki, onu bu cəfa dolu zülm quyusundan qurtarıb aşkara çıxarsınlar vəməzar üzərində bina tiksinlər. Mərhəmətlə o ali və yüksək dərəcəli cavanın dəfn olunduğu dağın ətəyini 50 zər (1 zər 107 sm-dir) eninə çapıb dərinliyə getdilər. Qədim qəbrin yerini aşkara çıxarıb ona təzim etdilər. Şah Səfi Bahadur xan əl-Hüseynin hakimiyyəti vaxtında bu qəbrin üzərindəki bina yenidən təmir və bərpa olundu. Uzun müddət məlaikələr astanası olan bu dərgahda çoxları şəfa tapdı. Rəcəb ayı min qırx doqquzuncu il tarixində.
Başqa ehtimala görə, Şeyx Heydərin məzarı və türbəsi Dağıstanın Xiv rayonunun Tinit kəndindədir. Yeri gəlmişkən, Şah İsmayılın gənc əmisi Xoca Cəmşid də bu müharibədə şəhid olmuşdur. Onun məzarı Dağıstanın Kubaçi kəndinin yaxınlığında yerləşir.
Abbasqulu ağa Bakıxanov yazır ki, Şeyx Heydərin məzarı Tabasaranın Etek mahalında, Rubas çayının sol sahilində, Tinit kəndindən bir fərsəx (5–8 km) məsafədədir və bu qəbri o, özü görmüşdür.
Dağıstan tarixçisi Maqomed Qasanovun qeydlərinə görə, Tinit kəndinin yaxınlığındakı çox gözəl bir məqbərə Dağıstan camaatının ən müqəddəs ziyarətgahlarından biri idi. 1930-cu illərdə həmin türbə kommunistlər tərəfindən uçuruldu. M. Qasanov 1967-ci ildə dağıdılmış abidənin yerində olmuş və orada salamat qalmış bir daşın üzərinə ərəb dilində həkk olunmuş bu yazını oxumuşdur: “Uca Allah buyurur: hər bir can ölümü dadacaqdır. Şeyx Səfinin oğlu Şeyx Sədrəddinin oğlu Şeyx Əlinin oğlu Şeyx İbrahimin oğlu Şeyx Cüneydin oğlu Şeyx Heydərin türbəsi hicrətin 895-ci ilində inşa edilmişdir”.
Yuxarıda qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərinə qədər Tinit türbəsi cənubi Dağıstan sakinlərinin ən müqəddəs ziyarətgahlarından biri olmuşdur. Lakin sonralar türbəni ziyarət edənlərin sayı kəskin surətdə azalmışdır.
Məlumdur ki, Şeyx Heydərin mübarək cənazəsi XVIəsrdə Ərdəbilə aparılaraq Şeyx Səfiəddin kompleksində, bir ehtimala görə isə Ərdəbilin Meşkinşəhr (tarixi adı Xiyov) şəhərindəki məqbərədə torpağa tapşırılmışdır.
Beləliklə, Şeyx Heydər Səfəvinin türbəsi harada yerləşir: Azərbaycan Respublikasının Xızı rayonunun Tıxlı kəndində, yoxsa Rusiya Federasiyasının Dağıstan Respublikasının Xiv rayonunun Tinit kəndində?
Zənnimizcə, aşağıdakı faktlar ona dəlalət edir ki, Şeyx Heydərin ilk dəfn yeri Dağıstanın Tinit kəndidir:
-əsas dəlil: Şeyx Heydərin son döyüşü məhz Tinit kəndinin yerləşdiyi Tabasaran mahalında olmuşdur;
-Tinit türbəsinin üzərindəki kitabə ərəb dilindədir.
Araz ŞƏHRİLİ
araşdırmaçı-jurnalist

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar