Xəbər lenti
Azərbaycanda ən gəlirli işlərin maaşı açıqlandı - ŞƏKİL
2021-ci ilin yanvar-aprel aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqların həcmləri açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, müvafiq dövr ərzində dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat olub.
Dövlət müəssisələrində əməkhaqqı ötən ayla müqayisədə 0,8 faiz azalıb, illik müqayisədə isə 0,9 faiz artıb. Özəl müəssisələrdə isə əməkhaqqı aylıq müqayisədə 3,2 faiz artsa da, illik müqayisədə 5,5 faiz azalıb.
Azərbaycanda neft-qaz sektorunda əməkhaqqı 3 209 manat olub ki, bu da əvvəlki aya nəzərən 0,9 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14,1 faiz azdır. Qeyri neft-qaz sektorunda isə əməkhaqqı 670,6 manatı təşkil edib, bu da aylıq müqayisədə 1,5 faiz, illik müqayisədə isə 0,1 faiz çoxdur.
May ayının 1-nə olan göstəricilərə əsasən, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.//oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar