Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada VİRUS TƏHLÜKƏSİ: Xəstəxanalar doldu, dəhlizlərə çarpayılar düzülür

Tarix: 20-06-2021 23:02     Baxış: 3144 A- / A+
Rusiyada VİRUS TƏHLÜKƏSİ:

Rusiyada koronavirus infeksiyasına tutulan xəstələrin 70 faizində, təkcə Moskvada isə 90 faizində Hindistan ştamı (Delta ştamı) aşkar edilib.

Rusiya epidemioloqları ölkədə koronavirus pandemiyasının üçüncü dalğasının başlandığını bildirirlər. Həkimlərin sözlərinə görə, Hindistan ştamı (Delta ştamı) daha sıx olduğundan, orqanizmə daha asanlıqla düşə bilir. Əsasən, gənclərin və uşaqların yoluxduğu koronavirusun bu növünün daha ağır fəsadları müşahidə edilir. Xəstələr trombların yaranması, insult, qanqren, ağciyər arteriyalarının tromboemboliyası, psixikanın pozulması və digər fəsadlarla üzləşir. Yeni ştamın simptomları əvvəlkindən fərqləndiyindən, bir çox hallarda insanlar koronavirusa deyil, adi respirator xəstəliklərə yoluxduqlarını zənn edir və fəal həyat tərzi sürürlər. Belə ki, Delta ştamı özünü iybilmənin itirilməsi ilə deyil, güclü boğaz və başağrısı, mədə-bağırsaq ishalı, yüksək hərarət ilə büruzə verir.

Rusiyada istifadə olunan “Sputnik V” və digər peyvəndlərin virusun bu növü ilə mübarizədə az səmərəli olduğu da məlumdur. Eyni zamanda, Nyu-Cersidəki Rattgers Universitetinin professoru Konstantin Severinov bildirib ki, yeni ştam peyvənd olunmamış orqanizmə düşür, xəstələrin sayı artır və beləliklə də virus aqressivləşərək peyvənd olunmuş adamlara da yoluxur. Professor çıxış yolunu yalnız kütləvi şəkildə peyvənd olunmaqda görür. Əks halda, onun fikrincə, ölkələrin səhiyyə sistemlərini yeni sınaqlar gözləyir. Delta ştamı, həmçinin peyvənd vurulmuş insanlarda immun müqavimətini bir neçə dəfə azaldır.

Məlumata görə hazırda Sankt-Peterburqda koronavirus xəstələri üçün ayrılmış bütün xəstəxanalar dolub. Əlacsız qalan tibb işçiləri xəstəxana dəhlizlərinə əlavə çarpayılar yerləşdirirlər.

Elm adamları və həkimlər bildirirlər ki, buna səbəb Rusiya xalqının peyvənd olmaq istəməməsidir. Xalq vaksinasiyaya qarşı çıxır. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar