Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Masallıda Vətən müharibəsi şəhidi Ramazan Vəliyevin doğum günü qeyd edilib -ŞƏKİLLƏR

Tarix: 18-06-2021 22:27     Baxış: 2520 A- / A+
Yaşasaydı, 26 yaşı tamam olacaqdı...
Masallıda Vətən müharibəsi şəhidi Ramazan Vəliyevin doğum günü qeyd edilib

Azərbaycanın azadlığı və müstəqilliyi naminə canını fəda etmiş insanların xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə ehtiramla yad edilir. Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn gənclərdən biri də Ramazan Hilal oğlu Vəliyevdir.

Bu gün Masallı rayonunun Şərəfə kəndində Vətən müharibəsi şəhid çavuş Ramazan Vəliyevin doğum günü qeyd edilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallıda Vətən müharibəsi şəhidi Ramazan Vəliyevin doğum günü qeyd edilib

Şəhidin məzarı önündə çıxış edən Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Şərəfə kənd tam orta məktəbininin direktor müavini Xeyrulla İslamlı, müəllimlərdən Xankişi Xankişiyev, Naidə Məmmədova, Əfsanə İslamlı, veteran müəllim Elşad Əsgərov, “Ümidim sənsən” İctimai Birliyinin sədri Fidan Abbaslı, I Qarabağ müharibəsi iştirakçısı Cavanşir Mehdiyev, şəhidin sinif yoldaşları Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid çavuş Ramazan Vəliyevin keçdiyi şərəfli döyüş yolundan söhbət açıb, belə oğullarımızla qürur hissi keçirdiklərini, onların qanlarının yerdə qalmadığını söyləyiblər.
Masallıda Vətən müharibəsi şəhidi Ramazan Vəliyevin doğum günü qeyd edilib

Çıxışlarda Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən Ramazanın xatirəsinin bundan sonra da daim əziz tutulacağı, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı vurğulanıb. Şəhidin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edilib, Allahdan onlara səbir dilənib.

Bildirilib ki, Ramazan Vəliyev 18 iyun 1995-ci ildə Türkmənistan Respublikasının Aşqabad şəhərində anadan olub. Altı yaşı olanda Masallı rayonunun Şərəfə kəndinə gəlib. 2013-cц ildə şəhid Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbini bitirib. Təhsilini Bakı Dənizçilik Kollecində davam etdirib (2013-2015). Arzusu dənizçi olmaq idi. R.Vəliyev 2015-ci ilin yayında Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin dekabrında əsgərlikdən tərxis olunub. 2019-cu ilin noyabr ayından həyatını hərb sənətinə bağlayıb - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAXE kimi işə düzəlib. 2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsində, Füzuli uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. İgid döyüşçü qəhrəmanlığı ilə adını tarixə yazmağı bacarıb. 2020-ci il, noyabrın 29-da Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhidlik məqamına ucalıb. Dekabrın

1-də boya-başa çatdığı Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Vəliyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
Masallıda Vətən müharibəsi şəhidi Ramazan Vəliyevin doğum günü qeyd edilib

Şəhidin atası Hilal Vəliyev övladı ilə fəxr etdiyini söyləyib, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Ziyarətçilər şəhidin məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Məktəblilərin ifasında Vətənə, şəhidlərə aid şeirlər səsləndirilib.

Akif VAQİFOĞLU

Masallı.

Masallıda Vətən müharibəsi şəhidi Ramazan Vəliyevin doğum günü qeyd edilib
Masallıda Vətən müharibəsi şəhidi Ramazan Vəliyevin doğum günü qeyd edilib
Masallıda Vətən müharibəsi şəhidi Ramazan Vəliyevin doğum günü qeyd edilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar