Xəbər lenti
Müslümovun gizli sənədi: Döyüşən oğlanları həyatdan küsdürən 413 saylı qərar
"Nazirlər Kabineti bu qərarı gizli qəbul etməyib. Nazirlər Kabinetinin rəsmi sənədidir, qanun hər yerdə dərc olunub”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi, iqtisadçı ekspert Əkrəm Həsənov Nazirlər Kabinetinin 2015-ci ildə guya gizli qəbul etdiyi 413 saylı qərarından və onun narazılıq yaradan tərəflərini açıqlayarkən deyib. Onun sözlərinə görə, sözügedən qanunda "Əlilliyin meyarlarının müəyyən edilməsi” öz əksnin tapıb:
"Azərbaycandakı problem tamam başqadır. Bu gün etiraz edən tək qazilər deyil. Ümumiyyətlə, bu gün əlillər yenidən müayinə olunur və əksəriyyəti də buna etiraz edir. Bunun da səbəbləri var. Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbərliyi dövründə bu sahədə korrupsiya var idi. İnsanlar rüşvət verərək əlillik dərəcələrini artırırdılar. Məsələn, onun xəstəliyi əlil statusuna cavab vermir, amma ona əlil statusu verirdilər. Yaxud da aşağı əlil statusu olanlar yüksək pensiya almaq üçün daha yuxarı əlillik dərəcəsi yazdırıblar. Bu sahədə qanun işləmirdi, özbaşınalıq idi”.
Əkrəm Həsənov qeyd edib ki, indi yeni rəhbərlik qanunla işləyir:
"Yoxlama zamanı komissiya üzvləri deyir ki, sənin əlilliyin bu qrupa uyğun gəlmir, yaxud da sən ümumiyyətlə, əlil deyilsən. Bu məsələdə problem də budur. Biz mütəxəssis deyilik, heç birimiz deyə bilmərik ki, hansı əlilllik dərəcəsinə görə hansı əlillik statusu verilməlidir. Amma ortada Nazirlər Kabinetinin qəbul etdiyi əsasnamə var. Orada hər bir xəstəliyin dərəcəsi müəyyən olunub”.
Əkrəm Həsənov hesab edir ki, bu söhbəti gündəmə gətirib müzakirə mövzusu edənlər vaxti ilə saxta əlillik dərəcəsi alanlardır. Onlar özlərinə görə qorxurlar, bilirlər ki, qanunsuzluq ediblər, əlil olmayana əlil statusu, ya da aşağı status olanlara daha yuxarı əillik dərəcəsi veriblər. Buna görə də rüşvət alıb, rüşvət veriblər. İndi onlar əməllərinin üzə çıxmasından qorxurlar”.
Əkrəm Həsənov vurğulayıb ki, söhbət 2015-ci il 30 dekabrda Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamədən gedir:
"O zaman qüvvədə olan "əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi” haqqında bir qanun vardı. Nazirlər Kabineti buna uyğun əlilliyin dərəcəsini müəyyən edirdi. 2018-ci ildə həmin qanun qüvvədən düşdü. Onun yerinə yeni qanun - əlilliyi olan şəxslərin hüquqları haqqında qanun qəbul olundu. Bu qanunun 3.1 maddəsinə görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi də Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Həmin sözügedən əsasnamədə hansı dərəcəli əlilliyə nəyin aid olduğu müəyyən edilib”.
Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu isə Qaynarinfo-ya bildirib ki, 413 saylı qərar saxta yollarla qəbul edilib:
"Milli Məclisin deputatı Musa Urud da deyib ki, Rey Kərimoğlu düz deyir. 2015-ci ildə Səlim Müslümov bunu gizlicə qəbul etdirib və bundan da heç kəsin xəbəri olmayıb. Biz müharibə əlillərinin haqq və hüquqlarını müdafiə edirik. Bu qanun da müharibə əlillərinin haqq və hüququna girir. Bu qanun təcili ləvg edilməli, ya da təkliflərimiz qanunda əksini tapmalıdır. Bir çox əlillik yaradan xəstəliklər 413 saylı qərardan çıxarılıb. Bunu gizli ediblər. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-ci ildə əlillik dərəcəsi alan adam təkrar komissiyaya gələndə əvvəlki qərarla deyil, 2015-ci ildə qəbul edilən saxta qərarla onu müəyyənləşdirir. Orada əlilliyə səbəb olan xəstəliklər çıxarılıb. İndi də komissiyyaya gələnlərə deyirlər ki, sənin əlil statusun saxtadır. Necə? Əlilliyin səbəbi olan diaqnozu 413 saylı qərarla siyahıdan çıxarıblar. Ortada saxta qərar var. Döyüşən oğlanların qrupunu ləvg edirlər, belə şey olar? Qanunsuz yollarla əlillik dərəcələri alanlar da var ki, onların heç birinin statusu ləvg edilməyib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar