Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

SHXÇDX xidmətə çağırışla bağlı məlumat yaydı

Tarix: 18-06-2021 16:16     Baxış: 4159 A- / A+
SHXÇDX xidmətə çağırışla bağlı məlumat yaydı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) müddətli həqiqi hərbi xidmət çağırışçılarına müraciət edib.
Manevr.az-ın məlumatlna görə, Dövlət Xidmətindən bildirilib ki, Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı Azərbaycan vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncama əsasən 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar iyunun 25-30 tarixlərində Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd olunub ki, göstərilən tarixdən etibarən vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.
"Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə biləcəklər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur", - məlumatda bildirilib.

Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar