Xəbər lenti
Bakı küçələrinə dollar səpən idmançı barədə qərar verildi - VİDEO
Tanınmış cüdoçu, uzun müddət Azərbaycan yığmasının üzvü olmuş və müxtəlif titullar qazanmış Elmar Qasımovun küçəyə dollar səpməsini əks etdirən görüntülər birmənalı qarşılanmayıb.
Manevr.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti açıqlama yayaraq Elmar Qasımovun intizamsızlığı ilə bağlı ona dəfələrlə xəbərdarlıq edildiyini və idmançının yığmann heyətindən artıq kənarlaşdırıldığını bildirib:
“Elmar Qasımov Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, instaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Qasımov son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar