Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Vaqif Mustafayevin mülkləri müsadirə olunur?

Tarix: 18-06-2021 11:05     Baxış: 3207 A- / A+
Vaqif Mustafayevin mülkləri müsadirə olunur?

Hüquq-mühafizə orqanları tərəfindən aparılan yoxlamalar zamanı "Space" TV-nin sabiq rəhbəri Vaqif Mustafayevin fəaliyyəti dövrünə aid ciddi maliyyə pozuntuları aşkarlanıb.

Manevr.az xəbər verir ki, bu barədə mötəbər mənbədən məlumat daxil olub.

Məlumatlara görə, hazırda Vaqif Mustafayevin fəaliyyəti araşdırılır, əmlaklarının müsadirə olunması gözlənilir.

Araşdırma zamanı məlum olub ki, Vaqif Mustafayevin fəaliyyəti dövründə telekanalın dövlətə, həmçinin “Azərikosmos” ASC-yə külli miqdarda borcu yaranıb.

Eyni zamanda şirkətdə çalışmış işçilərin əməkhaqqları illərlə verilməyib, onların hüquqları kobud şəkildə tapdalanıb, bütün bunlar isə televiziyanın fəaliyyətində ciddi problemlərə və axsamalara səbəb olub.

Digər məlumata görə, "Space" TV-nin indiki rəhbərliyi bir neçə verilişlərin gələn həftədən dayandırılmasına qərar verib. Bəzi işçilər ödənişsiz olaraq məzuniyyətə göndəriləcək. Onlara bildirilib ki, Vaqif Mustafayevin qanunsuz yollarla əldə olunmuş əmlakı müsadirə olunaraq satıldıqdan sonra yaranmış borc vəsaitləri işçilərə geri ödəniləcək./demokrat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar