Xəbər lenti
Banklar qaziləri ölümə sürükləyir
Beynəlxalq Bank PA-dan qaziyə ayrılan vəsaitdən “faiz haqqı” tutub.
Aztəminatlı ailələrin, ümumiyyətlə, ölkə əhalisinin başlıca problemi adi istehlakçı hüquqlarının pozulması ilə bağlıdır. Kommunal xidmət qurumları, banklar müştərilərə xidmət əvəzinə şiddət göstərməkdə ad çıxarıblar.
Hər gün hansısa bankın hansısa əlili, qazini “yükləyib” əmlakını mənimsəməsi gündəmi “bəzəyir”. Hətta müalicəyə ayrılan vəsaitdən də “xidmət”, “komissiya” adına faiz tutan bankların xidmətinin nədən ibarət olduğu da şübhəlidir. Təsəvvür edin, vətəndaş dövlət qurumunun hesabına rüsum ödəyəndə, bank ən azı 0,40 manat haqq tutur!(?) Elə olur ki, bir sənədin tərcüməsinə, onların surətlərinin təsdiqinə görə 3 dəfə rüsum ödəməli olan vətəndaş toplam 1,2 manat da bank haqqı ödəyir. Nə “yaxın, nə də “uzaq” ölkələrdə dövlət büdcəsinə ödənilən məbləğə görə haqq tutulması xidməti yoxdur. Axı, pul elə dövlət (və ya digər) qurumlarının həmin banklardakı hesablarına ödənilir!
Beynəlxalq Bankın pandemiya dövründə Qarabağ qazisiniə xidmət göstərməkdən imtina etməsindən 6 aya yaxın vaxt ötür. Hələ də, bu kobud insan, istehlakçı hüquqlarının pozulmasına hüquqi qiymət verilməyib. Bu da bankı yeni pozuntulara şirnikləndirir. Özbaşınalıq o həddə çatıb ki, Qarabağ qazisinin hesabına PA-dan daxil olan vəsaitdən də bank “xidmət” adına 100 manat civarında haqq tutub. Halbuki, birincisi, qazi hesab açanda 10 manatlıq kart rüsumu qarşılığında daxil olan vəsaitlərdən faiz tutulmayacağı bildirilib. İkincisi, bank(lar) qazilərin müalicələrinə yardım etmək yerinə, onların müalicə pullarından faydalanır ?
...6 aya yaxındır qazinin nə suallarına cavab verilir, nə də tutulan vəsait bərpa edilir. Yəqin, məhkəmədə cavab verəcəklər. ..
Məğrur Bədəlsoy

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar