Xəbər lenti
“Füzuli” yarımstansiyası istifadəyə verildi
Bu gün Füzuli rayonuna səfər etmiş Azərbaycan jurnalistləri eyni adlı yarımstansiyada olub.
Manevr.az-ın məlumatına görə, yarımstansiya barədə "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev açıqlama verib.
O, bildirib ki, işğaldan azad olunan bütün rayonlarda 110 kV -luq yarımstansiyalar inşa olunur.
"Artıq "Şuşa" yarımstansiyası istismara verilib. Hazırda dayandığımız 110-35-10 kV-luq "Füzuli" yarımstansiyası isə 3 ay ərzində inşa edilib və Füzuli rayonunu, o cümlədən rayondakı strateji obyekləri, hava limanını, Füzuli-Şuşa yolunu, eyni zamanda əhali və qeyri-əhali abunəçilərini elektrik enerjisi ilə təmin edəcək", - deyə T.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, 110-35-10 kV-luq "Şükürbəyli" yarımstansiyasının da açılışı olub: "Bu stansiya sistem əhəmiyyətli olduğu üçün çox vacibdir. Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan yarımstansiyaları "Şükürbəyli" stansiyası vasitəsilə ilə qidalandırılacaq. Bundan başqa, Kəlbəcərdə yeni 110 kV-luq yarımstansiya tikilir: Eyni zamanda Murovu aşmaqla Kəlbəcərə 70 km məsafədə 110 kV-luq iki dövrəli xətt çəkilir. Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına da 110 kV-lq yeni xətlər çəkilir. Ağdamda 110 kV-luq "Ağdam-1", "Ağdam-2" yarımstansiyaları tikilir. Bundan başqa "Suqovuşan-1", "Suqovuşan-2" kiçik su elektrik stansiyalarında işlər yekunlaşıb"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar