Xəbər lenti
İş adamının "Range Rover"lə 4 nəfəri öldürən kürəkəni haqda YENİ İDDİALAR
Bakıda 4 nəfərin ölümünə səbəb olan "Range-Rover”in sürücüsü Elşad Kərbalayevlə bağlı yeni məlumatlar əldə etmişik.
Manevr.az "musavat.com”a istinadən xəbər verir ki, "Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Novruzovun kürəkəni olan Elşad Kərbalayev həm də onun bacısı oğlu imiş.
Məlumatda deyilir ki, indi bacısı M.Novruzovdan dayılıq və qayınatalıq edərək onun işinin yüngülləşdirilməsi üçün əlindən gələni əsirgəməməyi xahiş edib.
Hətta iddialara görə, MMC rəhbəri kürəkəni üçün psixoloji problemlərinin olması barədə tibbi arayış almağa, cinayət işinin mahiyyətini yumşaltmağa çalışır. Onun bacısına söz verdiyi, Elşadı xilas etmək üçün dəridən-qabıqdan çıxdığı iddia olunur.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov araşdırmalarla qəza törədən "Range Rover”in sükanı arxasında Elşad Kərbalayevin olduğunu müəyyən edildiyini bildirib. Həmçinin müəyyən olunub ki, E.Kərbalayev avtomobili sərxoş vəziyyətdə idarə edib.
E.Kərbalayevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Hadisə iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində baş verib. Abşeron rayon sakini Elşad Kərbalayevin idarə etdiyi "Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas” markalı avtomobillər toqquşub.
Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kərbalayev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi RPİ-yə gətiriliblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar